Türkiyədə 104 təqaüdçü admiral dövlət çevrilişinə çağırış bəyanatı yaydı

Türkiyədə Dəniz Qüvvələrindən təqaüddə olan 104 keçmiş admiralı Montrö Boğazlar Müqaviləsi və adı açıqlanmayan bir admiralın məsciddə cübbə geyindiyi iddia olunan fotosunu bəhanə edərək milli iradni təhdid edən və dövlət çevrilişinə işarə vuran bir bəyanat yayıblar. 

Kanal32.az  xəbər verir ki, gecə yarısı yayılan bəyanatda keçmiş zabitlər Montrö Konvensiyasının müzakirəyə çıxarılmasından narahatlıq duyduqlarını bildirərək, Türkiyədə çevriliş dönəmlərindəki niyyət protokoluna (muhtura)  bənzər bir üslubla siyasətçilərə yön verməyə çalışıblar.

Hədsiz bəyanata AK Partiya, MHP, BBP-dən sərt etrazlar edilərkən, müxalifətdən hələlik bir reaksiya yoxdur.

Hökumətdən bu bəyanata ilk etiraz Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altundan gəlib.

“Nədir, bir neçə təqaüdçü admiral bir araya gəlib bir “bəyanat” yazıblar! 5-ci kolon faktorları da dərhal həyəcanlanıb. Oturun oturduğunuz yerdə. O Türkiyə keçmişdə qaldı! Bu millət 15 İyulda çevriliş həvəslərini necə məhv etdiyini dosta düşmənə göstərdi. Həddinizi bilin”!”

Millətçi Hərəkat Partiyası da yaydığı bəyanatda 104təqaüddə olan admiralın sərt cəzalandırılmasını tələb edib.

“103 təqaüdçü admiralın birgə verdikləri tehdidvari, eyni zamanda vəsayətçi bəyanatını Milliyyətçi Hərəkat Partiyası nifrətlə lənətləyir və rədd edir. Bu çərçivədə partiyamızın mövqeyi dərhal tədbirlər görülməsi yönündədir.

Niyyət protokolu (muhtıra) üslubunda hazırlanıb gecə yarısı yayımlanan bəyanatda imzası olan admiralların rütbələri sökülməli, pensiyaları kəsilməlidir. . Mövzu vətəndir, məsələ demokratiyadır, məsələ milli iradədir. Güzəşt və ya gecikmənin bədəli heç şübhəsiz ağır olacaq”, deyə MHP-nin bəyanatında qeyd olunur.

Türkiyənin vitse-prezidenti Fuat Oktay da bu bəyanatı sərt tənqid edib.

“Qəbiristanlıqda fit çalan qorxaqlar misalı, Millət İradəsini və Rəcəb Tayyib Ərdoğanın dik duruşuna dözməyən çevriliş sevicilər demokratik təsisatlara, Türk Silahlı Qüvvələrinə yön göstərmə hədsizliyi ediblər. Həddinizi bilin.

Bu vəsayətçilərin həvəsləri ən son 15 İyul gecəsi qurşaqlarında qalmış, millət olaraq unuda bilməyəcəkləri bir dərs vermişdik. Bu gün də hər platformada lazımi cavab ən dəqiq şəkildə veriləcəkdir. Hodri meydan”.

Türkiyə Müdafiə Nazirliyi də 103 təqaüdçü admiralın bəyanatına sərt açıqlama ilə cavab verib.

Polis, Daxili İşlər və Jandarm idarəsi də yaydıqları ortaq açıqlamada bu hədsiz bəyanatı pisləyiblər.

“Biz buradayıq! Dövlətimizə, Millətimizə sonuna qədər bağlıyıq”, deyə açıqlamada qeyd olunur.

Qeyd edək ki, Ankara Prokukorluğu məsələylə bağlı dərhal cinayət işi açıb.

“Gələcək” Partiyası sədri Əhməd Davudoğlu da bəyanatı pisləyən açıqlama yayıb.

Hədsiz bəyanat Türkiyədə sosial şəbəkələrdə də müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğana dəstək mesajlarının verildiyi statuslarda, 103 təqüsdçü admiralın hərəkəti 28 Fevral zehniyyəti ilə müqayisə olunub.

Qeyd edək ki, artıq 10 təqaüdçü admiral səhər saatlarında  həbs edilib.4 admiral isə yaş həddinə görə ifadə alınması üçün polis idarəsinə çağırılıb.

/Avropa.info/

Türkiyədə 104 təqaüdçü admiral dövlət çevrilişinə çağırış bəyanatı yaydı
Comments (0)
Add Comment