Mingəçevir sakini Natiq Qasımovala bağlı Prezidentə məktub ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Birinci Qarabağ müharibəsində misilsiz şücaət göstərmiş qəhrəmanımız Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi ilə bağlı Sizin tərəfinizdən qəbul edilmiş qərarı dərin minnətdarlıq hissi ilə qarşılayırıq. Bu yüksək mükafatın verilməsi Natiq Qasımovun vətənimiz üçün göstərdiyi igidlik və fədakarlığın dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyinin əyani sübutudur.

Natiq Qasımov, Birinci Qarabağ müharibəsində canını fəda edərək, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmış və düşmənə qarşı göstərdiyi şücaət ilə xalqımızın yaddaşında əbədi yer almışdır. Onun qəhrəmanlığı və fədakarlığı gələcək nəsillər üçün əsl örnəkdir və vətən sevgisinin nə qədər böyük olduğunu göstərir. Sizin bu qərarınızla Natiq Qasımovun adı əbədiləşdirilmiş və onun xatirəsi yaşadılmışdır. Bu, təkcə onun ailəsi və yaxınları üçün deyil, bütün xalqımız üçün böyük qürur mənbəyidir. Bu yüksək mükafatın verilməsi həm də Birinci Qarabağ müharibəsi iştirakçılarının və şəhidlərimizin göstərdiyi şücaətin dövlətimiz tərəfindən heç vaxt unudulmadığını və yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Möhtərəm cənab Prezident, göstərdiyiniz bu böyük diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adı gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olaraq qalacaqdır.

Ən dərin hörmət və minnətdarlıqla,

Nəriman İsmayılov,

 Mingəçevir şəhəri

Mingəçevir sakini Natiq Qasımovala bağlı Prezidentə məktub ünvanlayıb
Comments (0)
Add Comment