Bu müəllimlər sertifikatlaşdırma imtahanında yüksək bal topladılar-VİDEO+FOTOLAR

Sertifikatlaşdırma prosesinə start verilib.

İyunun 21-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə sertifikatlaşdırmanın ilk mərhələsi 2 imtahan mərkəzində (Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar lisey və Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəb) təşkil olunur. Mərkəzi Aran RTİ üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsinin I seansında 422 nəfər olmaqla, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri dəvət olunub. Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq şöbəsinin baş məsləhətçisi Anar Xələfzadə test imtahanı prosesinin gedişatını izləyib.  Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib.Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.

 

Günün ilk yüksək  nəticəsi – 55 dəqiqəyə 58 bal Göyçay rayonu Çaxırlı kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Hüseynov Ramazan Rafiq oğlu iyunun 21-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində riyaziyyat fənni üzrə 58 bal toplayıb. Onlar öz təəssüratlarını bizimlə bölüşüblər.

Onu da qeyd edək ki,Ucar rayonu Xalac kənd A.Ahmədov adına tam orta məktəbin riyaziyyat müəllimi Xəlilova Aygül Ramiz qızı iyunun 21-də Kürdəmir şəhər R.Quliyev adına 5 nömrəli tam orta məktəbdə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 60 bal toplayıb.

Esmira Hidayətova,

Mingəçevir

Bu müəllimlər sertifikatlaşdırma imtahanında yüksək bal topladılar-VİDEO+FOTOLAR
Comments (0)
Add Comment