İcra başçısı ilə növbəti görüş-Sakinlər nələrdən və kimlərdən narazıdır?-FOTOLAR

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüşünü keçirib…

Sakinlər bu görüşə bir ümidlə gəlir və qaldırdıqları problemin vaxtında həll olunacağına inanırlar. Şəhər 1 nömrəli məktəbin akt zalında keçirilən görüşə sakinlər problemlərinin həll edilməsi məqsədilə gəlmişlər. H.Əliyev prospektində yaşayan sakinlər tərəfindən qaldırılan ən əsas problemlərdən biri fəaliyyəti uzun illər bundan öncə dayandırılan uşaq bagçası və qazanxanalar ilə bağlı oldu. Sakinlər deyir ki,bu fəaliyyətsiz bagçalar, fəaliyyətsiz qazanxanalar onların kabusuna çevrilib.

Məsələ ilə bağlı sakinlərə məlumat vermək üçün icra başçısı Mingəçevir təhsil sektorunu mikrafon qarşısına dəvət edib. Sektor müdiri Sevinc Həsənova problemdən xəbərdar olduqlarını bildirib və yaxın zamanlarda bununla baglı tədbir görüləcəyini deyib. Həmçinin başçı onu da qeyd edib ki,bu kimi fəaliyyətsiz təhsil müəssisələri şəhərin görnüşünə də xələl gətirir.

Görülən işlərdən danışan başçı Mingəçevirin küçə və məhəllələrində, parklarda, istirahət məskənlərində ardıcıl olaraq abadlıq işləri aparıldığını bildirib:” İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq cari il ərzində 6 nümunəvi məhəllə yaradılacaq, 55 küçədə işıqlandırma işləri bərpa olunacaq. O cümlədən kanalizasiya sisteminin çəkilişi davam etdiriləcək, yolların asfaltlanması işləri görüləcək, yaşıllıq zolaqları genişləndiriləcək. Bü günədək şəhərdə aparılan kanalizasiya çəkilişi 84 faiz yerinə yetirilmişdir. Ötən illər ərzində onlarla yaşayış binasında əsaslı təmir aparılıb, yollar asfaltlanıb, işıqlanma nöqtəsi çəkilib. Bu bizə imkan verir ki, cari ildə də bu qəbildən olan işləri uğurla davam etdirək. Vətəndaşların həyat səviyyəsinin yaxşılaşması, işsizliyin aradan qaldırılması xüsusilə diqqət mərkəzindədir.

Görüşdə iştirak edən digər sakinlər şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə və yaradılan gözəlliklərə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Qarşılaşdıqları problemlərdən söz açdılar. Yaşadıqları binaların zirzəmilərində antisanitar vəziyyətin olmasını, bəzi yolların bərbad hala düşməsini, piyada keçidlərinin qaydaya salınmasına ehtiyac duyulduğunu, yağmurlu günlərdə bəzi binaların dam örtüyündən yağış sularının dammasını diqqətə çatdırdılar. Ərazilərdə oturacaqların və kölgəliklərin azlığını qeyd edən sakinlər onların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş etdilər.

Qaldırılan məsələlərin həlli məqsədi ilə  müvafiq qaydada qeydiyyat alınıb.

     

Esmira Hidayətova

İcra başçısı ilə növbəti görüş-Sakinlər nələrdən və kimlərdən narazıdır?-FOTOLAR
Comments (0)
Add Comment