Gənc Qazilər İctimai Birliyinin Mingəçevir filialı daha bir ənənəsini reallaşdırıb.
İctimai birliyin rəhbərliyi qazi övladları ilə bir araya gəliblər.
Tədbirdə Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev, birliyin müşaviri Adil Mirzəyev və digər qazilər iştirak edib. Təbdirin əsas məqsədi yeni dərs ilinin başlanması ilə əlaqədar qazi övladlarına məktəbli çantaları və ləvazimatlarının paylanması, onlara göstərilən daimi diqqət və qayğının ön plana çəkilməsindən ibarət olub.
Tədbir zamanı 73 qazi övladı məktəbli ləvazimatları ilə təmin olundu.
Qeyd edək ki, təkcə Gənc Qazilər İB Mingəçevir filialının qazi övladları deyil, digər İctimai Birliklərdən olan qazilərin də övladlarına çantalar və məktəb ləvazitamları verilib.
Tədbirin yekununda Gənc qazilər ictimai birliyinin Mingəçevir filialının rəhbəri Namiq İbrahimli çıxış edərək məktəblilərə yeni tədris ilində uğur arzu edərək onların vətənə, millətə layiqli övladlar olacağına əminliyini vurğuladı və tədbirin təşkilatçılığı üçün iş adamı Vüsal Əlibəyliyə xüsusi təşəkkür bildirildi. Sonda xatirə fotosu çəkilib.
Esmira Hidayətova
Kanal32.az