60 yaşlı 3 nömrəli tam orta məktəb-Kimlər gəlid,kimlər getdi…-FOTOLAR

Mingəçevir şəhəri M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəbin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Kanal32.az-ın məlumatına görə,tədbirdə məktəb rəhbərliyi,pedoğoji kollektiv, məktəbin təqaüddə olan müəllimləri, Mingəçevir təhsil sektorunun nümayəndələri, 60 il bundan öncə məktəbin ilk direktoru olmuş,şəhər ağsaqqallar şurasının sədri Akif Hacıyev və digər qonaqlar iştirak ediblər.

İlk olaraq videoçarx vasitəsi ilə 60 il fəaliyyət göstərən təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan və bu müddət ərzində məktəbin qazandığı uğurlardan,tarixindən söhbət açılıb. Həmçinin(hazırda ölkədən kənarda yaşayan) məktəbin keçmiş direktoru Tamara Barataşvili,məktəbin məzunları çıxış edərək öz ürək sözlərini çatdırıblar.

Yarım əsrdən çox fəaliyyəti olan məktəbin ilk direktoru Akif Hacıyev çıxışında bu təhsil müəssisəsinin kifayət qədər zəngin inkişaf yolu keçdiyini bildirib. O qeyd edib ki, şəhərin təhsil həyatında özünəməxsus ənənələrilə fərqlənən məktəbin tədris nailiyyətləri son illərdə xüsusilə yaxşılaşıb, məzunların ali məktəblərə qəbul göstəriciləri xeyli yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki, 60 yaşlı tədris ocağı bundan sonrada öz uğurları ilə təhsilimizə töhfə verəcəkdir.

Məktəbin direktoru Gültəkin Quliyeva çıxışında fəaliyəti dövründə məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd edib.Bildirib ki,məktəbin məzunları təkcə respublikada deyil, inkişaf etmiş Avropa dövlətlərinin ali məktəblərinin tələbə adını qazanıblar.

Direktor onu da bildirib ki, hazırda məzunlarımız ölkəmizin və xarici ölkələrdə də dövlət orqanlarında aparıcı mütəxəssis kimi çalışırlar. Bununla yanaşı məzunlarımız həm də vətəndaş kimi yetişmişlər. Onlar vətən torpağının işğaldan azad olunmasında böyük xidmətlər göstərmişlər. Məzun şəhidlərimizdən Qasımov Teymur,Xankişiyev Fuad,Qurbanov Tərxan 44 günlük vətən müharibəsində qəhrəmanlı göstəmiş və şəhidlik zirvəsinə ucalmışlar. Mən 2019-cu ildən bu məktəbdə direktor vəzifəsində çalışıram və bu müddət ərzində kollektivlə birgə bir çox layihələrə imza atmışıq.

Tədbir rəngarəng musiqi nömrələri ilə davam edib.

     

Esmira Hidayətova,

Mingəçevir