“44 səhifəlik Zəfər adlı kitabım” Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbdə silsilə tədbirlər davam edir.
Kanal32.az-ın məlumatına görə noyabrın 2-də məktəbin şagirdləri Zəfər günü ilə bağlı “44 səhifəlik Zəfər adlı kitabım”mövzusunda ədəbi-bədii kompozisiya hazırlayıb çox böyük məharətlə nümayiş etdirdilər.
Tədbirə şəhid ailələri və qazilərdə dəvətli idilər. Tədbirdən öncə şəhid ailələri və qazilər şəhərin 75 illik yubleyi münasibəti ilə məktəbin foyesində düzənlənmiş əl işlərindən ibarət sərgiyə və şəhidlərin xatirəsinə həsr edilmiş güşəyə baxıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin tarix müəllimi Günel Qasımova,Azərbaycan dili müəllimləri Vəfa Quliyeva,Turanə Cavadlı,Anar Əliyev,Əsli Əhmədova öz çıxışlarında hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər.
Bildirilib ki, Azərbaycanın Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.
Sonda məktəblilərin ifasında ədəbi bədii kompozisiya təqdim edilib.
Esmira Hidayətova,
Mingəçevir