44 günlük savaşın qəhrəmanlarını tanıyaq-İdris Mirzəzadə-FOTO

Mizəzadə İdris Mirhüseyn oğlu 3 yanvar 1999-cu ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. Yardımlı rayon Köryədi kənd tam orta məktəbin məzunu olub. Elə həmin il- 2016-cı ildə Lənkəran Dövlət Universitetinin Torpaqşünaslıq və aqrokimya mühəndisliyi fakültəsinə daxil olub. 2020-ci ildə sözügedən ali məktəbi bitirib.
İdris Mirzəzadə idmanın bir neçə növü ilə (karate, qaydasız döyüş üzrə) məşğul olub və respublikamızı bir çox turnirlərdə layiqincə təmsil edib, eyni zamanda müxtəlif medallarla, fəxri fərmanlarla, diplomlarla təltif edilib.
2018- ci ildə keçirilən dünya çempionatında dünya çempionu, 2019-cu il 5-9 dekabr tarixində keçirilən mötəbər yarışda Avrasiya çempionu, 2-6 may tarixində H. Əliyevin 96-cı il dönümünə həsr edilmiş turnirdə Respublika üzrə qızıl medal, 17 iyun 2018-ci ildə karate üzrə keçirilən yarışda zona çempionu olub.
İdris Mirzəzadə 2020-ci il iyun ayında hərbi xidmətə yollanıb, 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsində- Xocavəndin və Ağdamın azad olunmasın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Göstərdiyi şücaəti və qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocavəndin və Ağdamın azad edilməsi medalı ilə təltif edilib.

Sevinc Natiqqızı
İctimai Birliyin üzvü, Gənc fəal