4 Şəhidin ailə üzvləri təlitif olunub-FOTOLAR

Yevlaxda Qarabağ uğrunda aparılmiş döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin xatirəsinə həsr olunmuş yunan roma güləşi üzrə açıq birincilik yarışları keçirilib.

Maraqlıdır ki, birincilik eyni anda bir deyil , 4 şəhidin adı ilə əlamətdar olub. Mingəçevirli Milli qəhrəmanlar Malik Əsədov , Dilqəm Nağıyev , həmçinin Atiq İbrahimov və Allahverdi Babayevin xatirəsinə həsr olunmuş açıq birincilik gərgin mübarizə şəraitində keçib və sonda yarışın qalibləri kubok, medal və fəxri fərmanlarla mükafatlandırılıb.

    

Xatirə turnirinin bir diqqət çəkən məqamı da o olub ki, birinci Qarabağ savaşının və Zəfər yürüşünün iştirakçısı olan şəhid döyüşçülərin dördünün də doğmaları uzun müddətdir Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında çalışıb və çalışmaqdadır.Onların bir neçəsinin iştirakı ilə Təcili Tibbi Yardım Stansiyasında başa çatmış xatirə turnirinin yekunları ilə bağlı tədbir keçirilib.

Görüşdə şəhidlərin xatirəsi anılıb, xatirə turnirindən söhbət açılıb və Xəstəxana Səhiyyə Həmkarlar Şurasının sədri Allahverdi Alıyev tərəfindən şəhidlırin hazırda xəstəxanada çalışan doğmalarına fəxri fərmanlar təqdim olunub.

Milli qəhrəman Dilqəm Nağıyevin bacısı Nəzakət Süleymanova və Milli qəhrəman Malik Əsədovun qızı Gülnar Əsədova çıxış edərək yarışın və tədbirin təşkilatçılarına təşəkkürlərini çatdırıb.

Ehtiram Muradov