1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamalayaraq Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməklə müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoymuş, həm də xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini də davam etdirmişdir.
Bununla da Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilərək, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Sözün əsl mənasında 28 May – Müstəqillik günü tariximizdə hər bir Azərbaycan vətəndaşının qürur və iftixar mənbəyi olan bir gündür. 1918-ci ilin məhz bu tarixində mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk hüquqi və dünyəvi respublikasını yaradıb.
Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu müddətində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi, Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atılaraq, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi.
Müstəqilliyini ikinci dəfə bərpa edən Azərbaycanın müstəqil dövlət kimi 1995-ci ildə Konstitusiyası qəbul edilməsi iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə islahatlar aparılması, dövlətimizin sürətli inkişaf yolunda mühüm addımlardan idi.
Tarix boyu müstəqil dövlətlərin suverenliyinin qorunmasında və möhkəmləndirilməsində ordu əsas dayaqlardan biri olmuşdur. Bu baxımdan, Azərbaycanın müstəqilliyinin bərpası və qorunmasında da ordu mühüm rol oynamışdır.
Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
Milli Ordumuz gücləndikcə xalqımız daha inamlı və müzəffər qalib ölkəyə çevrildi. Möhtərəm Prezidentimiz Azərbaycan Respublikasının Ali Baş Komandanı tərəfindən aparılan uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan xalqı müzəffər və azad yaşayaraq, dövlətimizi güclü dövlət kimi dünyaya sübut etdi.
Bu gün Azərbaycan demakratik, hüquqi dünyəvi unitar respublikadır.
Ən əsası ölkəmiz de-yure, de-fakto ərazi bütövlüyünü bərpa etmiş, tam suveren ölkədir. Artıq bu gün üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Ağdamda, Zəngilanda, Füzulidə, Xankəndidə bütün Qarabağda dalğalanır.
2021-ci il Füzuli hava limanı, 2022 -ci il Zəngilan hava limanı və bu gün Laçında hava limanının açılması, üç qardaş ölkənin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezdentinin Rəcəb Tayyib Ərdoğan və Pakistanın İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iştirakı ilə Laçın şəhərində Zirvə görüşünün keçirilməsi üç qardaş ölkənin bərabərliyinin, səmimiyyət və güc birliyinin dünyaya ismarıcı oldu. Xüsusilə xalqımız üçün müqəddəs və tarixi bir gündə müstəqilliyimiz, birliyimizi bir daha bəyan edərək, şanlı tarixi olan günün xalqımız üçün sonsuz qürur və güc simvoluna çevrildiyini təsdiq etdi.
Heydər Əliyevin ideyaları – bu xalqın ruhunda kök salıb,
Bu torpağın nəfəsində, bu bayrağın dalğasında yaşayır.
Onun qurduğu yol – sabitliyin, gücün və milli birliyin yoludur!
Möhtərəm Prezidentimiz İlham Əliyev bu yolu ləyaqətlə, qətiyyətlə, zəfərlə davam etdirir!
Onun rəhbərliyi ilə o ideyalar daha da ucalır,
Azərbaycanın adı – zirvələrdə səslənir!
Bu gün Azərbaycan təkcə müstəqil deyil, həm də qalib dövlətdir! Məhz, ona o böyük nüfuzu, qüdrəti verən də ədaləti öz gücü ilə bərqərar etməsindədir.
Torpağını geri alan, haqqını müdafiə edən,
Gələcəyini özü yazan bir dövlətdir!
Və biz inanırıq:
Bu müstəqillik sönməyəcək bir məşəldir!
Bu bayraq bir daha enməyəcək!
Bu dövlət – Azərbaycan dövləti – əbədiyaşar olacaq!
Sevinc Həsənova,
Mingəçevir şəhəri,
28 may 2025-ci il