27 sentyabr-Haqq savaşına gedən qutsal yol

27 sentyabr Azərbaycanda Anım Günüdür.

Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Bütün dövlətlər gücünü milli birlik və bərabərlikdən alır. Millətin birliyi və bərabərliyi onların bir arada yaşamasını və butünlüyünü göstərir. Birlik və bərabərlik hər şeyi udar. Millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir. Bayraq səmada bir bütünü tamamlayan ilahi eşqin dalğalanmasıdır. Bayrağımız imperializmə qarşı üsyan simvoludur. Daim Zəfər soraqlı , Qələbə soraqlı Azərbaycan bayrağı! Azərbaycan əbədi olaraq yaşayacaq, yaşadılacaqdır və yaşadacaqdır!Bizim gücümüzün və qüdrətimizin əsası milli tariximizdir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Şəhidlərimiz bizim ilhamımız,istiqlalalımız,istiqbalımız,qürurumuz, kükrəyən idrakımız,gələcəyimizdir, müstəqilliyimizdir. Şəhidlərimiz hər zaman fəxrimizdir. Şəhidlərimiz bayraqdırlar, qəlbimizin zirvəsində dünya durduqca dalğalanacaqlar. Bu müqəddəs vətənin, bu mübarək xalqın təkcə insanları qazi deyil, çayları da qazi, dağları da qəhrəmandır. Canlarını, qanlarını verdilər, amma vətənlərini vermədilər. Anım Günü Azərbaycanın müasir tarixində mühüm bir mərhələ kimi qəbul edilir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altındakı ərazilərini azad edərək ərazi bütövlüyünü bərpa etdi. Qara torpağın qoynunda qızılgül bağçasına girmiş kimi girdilər. Üçrəngli dövlət bayrağımız uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət borcumuz təsvir olunmaz və hüdudsuzdur. Qarabağ savaşı, millətimizin vətənpərvərlik, fədakarlıq kimi yüksək keyfiyyətlərinin sərgiləndiyi bir qəhrəmanlıq dastanıdır. Anım Günü Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanların xatirəsini əbədiləşdirmək və onların fədakarlıqlarını yad etmək üçün xüsusi bir gün kimi qeyd olunur. Bu gün 27 sentyabrda, İkinci Qarabağ müharibəsinin başlandığı tarixdə keçirilir. 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-na qədər davam edən bu müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası və 30 illik işğala son qoyulması ilə nəticələndi. Vətən müharibəsi Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoydu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etmişdir.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa tarixi müraciətində demişdir: Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, – baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, – geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi.

Terrorçu ermənistanın Azərbaycanımıza qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 44 günlük Vətən müharibəsi Azərbaycanın ən şanlı səhifələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan , milli tariximizin ən möhtəşəm səhifəsini yaşayır. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq 5 il ötür. Bu münasibətlə istiqlaliyyətimiz, istiqbaliyyətimiz, gələcəyimiz uğrunda gül bağçasına girən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycanın əzəli, əbədi və qədim torpağıdır!Azərbaycan əbədi olaraq yaşayacaq , yaşadılacaqdır və yaşadacaqdır ! Qarabağda qanımızla tarix yazdıq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yazdıq. Bu gün yenə yazacağıq, yenə yazacağıq, yenə yazacağıq. Anım Günü həm də Azərbaycanın müasir tarixində mühüm bir mərhələ kimi qəbul edilir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altındakı ərazilərini azad edərək ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər isə şəhidlərin qanı və qəhrəmanlıqları ilə mümkün oldu. Bu gün onların xatirəsi, fədakarlıqları və Azərbaycanın milli birliyi heç vaxt unudulmayacaq.

Anım Günü, Azərbaycanın tarixi qələbəsi və xalqın birliyinin simvolu kimi əhəmiyyət daşıyır. Bu gün, şəhidlərimizin əziz xatirəsi qarşısında baş əymək və Azərbaycanın gələcək nəsillərinə bu qələbəni miras qoymaq üçün xüsusi bir anlam kəsb edir.

Vətən və millət sevgisi bu torpaqlarda heç vaxt sönməyəcək ən böyük işıqlardan biridir. Bayraq səmada bir bütünü tamamlayan ilahi eşqin dalğalanmasıdır. Azərbaycan , tarixi keçmişində köklü bir mirası, milli mədəni dəyərlərini, güclü bir potensialı saxlayır. Millətimizin ortaq əsəri olan dövlətimizə sahib çıxmaq, ölkəmizin və millətimizin gələcəyi üçün çalışmaq və mübarizə etmək, gərəkdiyində fədakarlıq etmək hamımızın müştərək vəzifəsidir. Azərbaycan çox güclü dövlətdir və dünyada xüsusi yer tutur. Allah bizə milli bayrağımızın altında anadan olmağı və ölməyi nəsib etsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları Xilaskar Sərkərdə kimi öz adını tarixə qızıl hərflərlə yazdırdı. Yaşasın Ali Baş Komandan, Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Xalqı! Eşq olsun Azərbaycan Ordusuna və Əsgərinə! Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq!

Vətən uğunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram!

Mürtəza Həsənoğlu

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent