Mingəçevirdə Təcili yardım xidmətinə yeni rəhbər təyin edilib

Mingəçevir Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin baş həkimi vəzifəsinə yeni təyinat olub.

Kanal32.az xəbər verir ki, bu vəzifəyə uzun illərdir Mingəçevir xəstəxanasında çalışan Allahverdi Alıyev təyin edilib.

Qeyd edək ki, o, bu vəzifədə bir neçə gün əvvəl işindən azad olunan Məzahir Yusifovu əvəz edib.

Məlumat üçün onu da bildirək ki A.Alıyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Səhiyyə Həmkarlar Təşkilatına rəhbərlik edir.