24 aprel soyqırım günü deyil, erməni satqınlığının simvollaşdığı gündür!

24 aprel soyqırım günü deyil, erməni satqınlığının simvollaşdığı gündür!

 Dünyanın bəzi məhşurları insanlığın qırmızı xəttini keçmiş ermənilərin və ya erməniliyin mahiyyətini belə qiymətləndirmişlər:

“ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər”,-deyə Aleksandr Düma bu mənfur millətə qiymət vermiş.

Rusların ən istedadlı şairi Aleksandr Puşkin yazırdı: “sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”.

Əmir Teymur isə: “erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə məni ya alqışlayacaq, ya da lənətləyəcəklər!”-deyirdi.

Saxta tarix və saxta kimlik üzərində var olan erməni xalqı hər il 24 apreli “genosid günü” kimi qeyd edirlər. Onlar bu yalan və iftiraya öncə özlərini, sonra isə dünyanı inandırmağa çalışmışlar. İnanmayanları, xüsusilə də erməniləri elə özləri öldürmüşlər. Bətnindən yalnız terror doğuran bu millətin yaratdığı bütün ideyalar və təşkilatlar yalnız və yalnız terror hədəfli olmuşdur.

24 apreldə nə baş vermişdi ki, bu mənfur varlıqlar onu unuda bilmirlər?

Bu məsələyə Türkiyə Arxivləri İdarəsinin başqanı Yusuf Sarınay yığcam və mükəmməl bir aydınlıq gətirmişdir: “1915-ci il aprelin 24-ü erməni terror təşkilatları – “Qnçaq”, “Daşnak” və “Ramqavar”ın liderlərinin həbs olunduğu gündür. Bu təşkilatlar XIX əsrin sonları, XX əsrin əvvəllərində Osmanlı torpaqlarında terror və qətliamlar törətmək məqsədilə yaradılmışdı. 24 aprel həbsi onların qətliamlar törətmək, Anadolu torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq məqsədlərinə mane oldu. Əslində, 1915-ci il aprelin 24-də, nə də ondan bir neçə gün əvvəl və sonra Anadoluda heç bir döyüş və ya köçürmə hadisəsi baş verməmişdir. Ermənilər bu günü ona görə soyqırımı hadisəsi kimi qeyd edirlər ki, qurduqları plan boşa çıxmış, terrorçu liderləri məhz həmin gün həbs olunmuşdular. Biz dünyanın bütün alimlərini, tədqiqatçılarını arxivlərimizə dəvət edir, elmi araşdırmalar aparmasını təklif edirik”.

Osmanlı dövlətini zəiflətmək üçün dünyanın böyük xristian dövlətləri xix əsrdən başlayaraq “erməni məsələsi”ni gündəmə gətirmiş və bu günə qədər də qullanmaqda davam edirlər. Amma nə qədər çox çaba göstərsələr də, nə qədər çox saxtakarlıq və riyakarlıq etsələr də həqiqəti qiyamətədək ört-basdır edə bilməyəcəklər. O daim bu və ya digər formada ortaya çıxmaqdadır. XX əsrin əvvəllərində Türkiyədə yaşamış isveçli minbaşı Hjalmar Pravitzin 1917-ci ildə İsveçdə çap olunan “Nya Daglikt Allehanda” qəzetində maraqlı bir məqalə dərc edib. Hjalmar Pravitz 1915-1917-ci illərdə ermənilərlə bərabər Türkiyədə yaşayıb və adı yuxarıda keçən məqaləsində ermənilərin soyqırımı iddialarını alt-üst edir, həmin il aprelin 24-də, nə də başqa bir vaxtda hər hansı soyqırım hadisənin baş vermədiyini yazır.

Məqalədən bəzi məqamları ixtisarla diqqətinizə çatdırırıq : “Bu yaxınlarda xaricdən ölkəmə döndüm. Erməni məsələsi ilə bağlı əlimə iki kitab keçdi, hər ikisini oxudum. Birincisi Karl Dustağın “Soylu insan – Sven Hedin”, ikinci kitab isə Marina Stjernstegin “Ermənilərin acınacaqlı vəziyyəti” adlı kitab idi. Birinci kitabı oxuyan kimi zibilliyə atdım. İkinci kitabın əsas ideyası isə ermənilərin yaşadıqları “dəhşətləri” qabardıb insanların zehninə həkk etməkdir. Bu kitabı birnəfəsə oxudum. Təqdim etdiyim bu yazıda məqsədim kitabda deyilənlərin yalan və uydurma olduğunu ortaya qoymaqdır. Çünki mən, məhz mən həmin hadisələrin canlı şahidiyəm və ona ədəbiyyatın bədii obrazları ilə yanaşmıram. Ermənilərin “səfalətini” mənim qədər heç bir isveçli yaxından görmək və öyrənmək fürsəti qazanmayıb. Səfərimin əsas məqsədi hər iki yazarın hadisələri görmədən iddia etdikləri soyqırımı gerçəkliklərini öyrənmək idi. Hər iki müəllif yazılarında türklərin və almanların ermənilərə qarşı qeyri-insani, barbarcasına davrandıqlarını iddia edirlər. Səfərimə Türkiyədə ermənilərin köçürüldüyü əraziləri gəzib dolaşmaqdan başladım…

Əslinə qalsa, almanların və müttəfiqlərinin (Türkiyə, Avstriya-Macarıstan, Bolqarıstan) tərəfdarıyam. İstanbuldan Anadoluya doğru səfərə başladım. Bu arada qulaqlarıma amerikalıların zavallı ermənilərin türk əfəndiləri tərəfindən öldürüldüyü və soyqırımı söz-söhbətləri çatırdı. Uzun illər Yaxın Şərqdə yaşadığım üçün ermənilərin özlərini Tanrının ən sevimli bəndələri kimi təqdim etmələrini heç vaxt qəbul etməmişəm. Ancaq bunun məsələyə dəxli yoxdur, türklərin öldürdükləri insanlar haqqında gerçəkliyi öyrənməyə qərar vermişdim. Türkiyənin hər yerində aclıq, səfalət, ehtiyac baş alıb gedirdi. Ancaq heç bir soyqırımı və kütləvi şəkildə öldürülmə halları yox idi. Müharibənin əvvəlində Osmanlı imperatorluğunun erməniləri şimal ərazilərindən cənuba daşımasının səbəbini öyrəndim və türk hökumətinin məcburi səbəblər üzündən bunu yerinə yetirdiyini başa düşdüm. Yerli müsəlman əhaliyə nifrət hissi daşıyan və istila ordusu ilə birləşib yeni planlar hazırlayan, eyni zamanda, rusların gəlməsini gözləyən ermənilərin Ərzurumdan çıxarılması həm gərəkli, həm də əhəmiyyətli bir addım idi. 1916-cı ilin fevralında Ərzurum rusların əlinə keçərkən, hələ Rusiyadan yaxşı tanıdığım bir erməni mənə dedi ki, əgər ermənilər Ərzurumdan əvvəlcədən çıxarılmasaydılar, biz buralara çoxdan sahib olmuşduq.

Türkiyə kimi bir ölkə içində gizlənmiş bu cür insanlara qarşı tədbir görürsə, bunu normal qarşılamaq lazımdır. Ermənilərin türk əsarəti altında yaşadıqlarını və davamlı olaraq təzyiq gördüklərini iddia edənlərin tamamilə yalan danışdıqlarını söyləyirəm. Əslində, o dövrdə ermənilərdən dəfələrlə pis yaşayan və əsarət altında əziyyət çəkən xalqlar var idi. Məsələn, rusların təzyiqi altında əzilən azərbaycanlılar, belçikalıların əzab-əziyyətinə qatlaşan Konqo zənciləri, Fransanın istismar və talan etdiyi qvineyalılar ermənilərdən daha pis vəziyyətdə idilər. Bu xalqlar ermənilərin özləri haqqında yalandan iddia etdiklərini həqiqətən yaşamışlar, onlar ermənilərdən daha çox itki veriblər.

Zaman-zaman müxtəlif yerlərdə ermənilərə qarşı müşahidə olunan düşmənçilik münasibətlərinə yalnız və yalnız ermənilərin özləri səbəbkardır. Mən məhz Osmanlıda ermənilərə qarşı xoş münasibətin şahidi oldum, dinlərini yaşadıblar, dillərində danışırlar, məktəbləri olub, mətbuat orqanları olub, bir sözlə, hər bir xalqa lazım olan hər cür şəraitlə təmin olunublar. Köç məsələsinə gəlincə, qeyd edim ki, Türkiyənin o zaman yaşadığı ağır şərtlərə, yəni üç güclü düşmən tərəfindən hücuma məruz qalmasını nəzərə alsaq, demək olar ki, bu köçə bundan artıq yardım göstərmək olmaz. Buna baxmayaraq, onların Anadoluda qatarda Konyaya, öküz arabalarında Toros dağlarına getdiklərini, Tarsus və Adanada çadır düşərgələrində görmüşəm. Bundan başqa, Hələbdə, Deur-əl-Zor və başqa yerlərdə onlarla rastlaşmışam. Hələbdə bir hotel sahibi olan erməni tanışımla dəfələrlə türklər barədə söhbətlərimiz olub. O, heç vaxt türklər haqqında pis danışmayıb…

Mən hadisələri gözü ilə görən bir şahid kimi erməni köçünü müşahidə edən türk jandarma birliklərinin ermənilərə qarşı soyqırımı həyata keçirdiyi iddiasına qətiyyətlə qarşı çıxıram. Gələcəkdə fərqli yerlərdə erməni mövzusuna bir də qayıdacağam, eynən indiki kimi tərəfsiz olacağam. Ancaq hələlik, bu qədərlə kifayətlənirəm”.

Bəli satqın və xəyanətkar erməni milləti soyqırıma məruz qalmayıb. Bunu yalnız biz Türklər deyıl, qeyri millətlərin və dinlərin nümayəndələri, o cümlədən dürüst və vicdanlı avropalıların özləri də təsdiq etmişlər. Amma keçən yüz illlik başdan-başa Türk millətinin soyqırıma uğradıldıgı bir əsr olub. Anadoluda, Güney Qafqazda, Cənubi Azərbaycanda və Orta Asiyada yaşayan yüz minlərlə Türk erməni vəhşiliyinin, erməni qətlyamlarının qurbanı olub. Ermənilərin əli çatan hər yerdə Türklər soyqırıma məruz qalıb, torpaqlarından qovulub, deportasıya olunub və hər dürlü məşəqqətə və məhrumiyyətə düçar edilib.

Amma haqlı ola-ola haqsız sayılmağımız, soyqırıma uğradıldığımız halda soyqırım edən tərəf kimi tanınmağımız yetər! Bəsdir müdafiə olunduq. Gözü kor, qulağı kar dünyaya təqdim edəcəyimiz ən mötəbər subut həqiqətləri daha gur səslə deməkdir.

Əli Mustafa Ərxaqan