Kəlbəcərdə işləyən və aldadılan fəhlələr Baş prokurora səsləndi-VİDEO

“Uğur İnşaat ” MMC adlı qurum Kəlbəcərdə kazarma tikintisində işlətdiyi fəhlələrin maaşını vermir.Hələ bu aznış kimi onları əmək müqaviləsi bağlamadan işlədib.

Kanal32.az xəbər verir ki, bu barədə Gəncə şəhər sakinləri tərəfindən Dünyanınsəsi.az-a müraciət daxil olub. Vətəndaşlar müraciətində “Uğur İnşaat ” MMC tərəfindən aldandıqlarını və 2 aylıq əmək haqqlarının mənimsənildiyini iddia edirlər. Müraciəti ixtisarla təqdim edirik:

“Uğur İnşaat ” MMC bizi əmək müqaviləsi bağlamadan işlədib, 2 aylıq əmək haqqımızı mənimsəyib vermir. Belə ki, “Uğur İnşaat 2020 ” MMC-nin Balakəndən olan Qurban adlı rəhbəri 18.01.2021-ci il tarixdə Müdafiə Nazirliyi ilə bağladığı müqavilə əsasında Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissəni 18.03.2021-ci il tarixinə qədər  təmir işlərini biz’ gördürüb.Bu günə qədər gördüyümüz işin müqabilində 11000 manat pulumuzu sözügedın şirkətin icraçısı Qurban adlı şəxsdən ala bilmirik”.

Redaksiya olaraq aprdığımız araşdırma nəticəsində məlum oldu ki, Kəlbəcərə aparılmış 10 nəfər fəhləyə Müdafiə Nazirliyinin Gəncədə yerləşən Mənzil – İstismarı hissəsinin rəisi Elşad Süleymanov tərəfindən də müvəqqəti vəsiqə verilmişdir.Maraqlı sual meydana çıxır.Görəsən Müdafiə nazirliyi şikayətçi şəxslərə hansı müqavilə və qanun  əsasında vəsiqə ilə təmin etdirib???

   

Hazırda vətəndaşların savadsızlığından , imkansızlığından sui-istifadə edib onlarla əmək müqaviləsi bağlamadan işlədib axırdada aldadıb pullarını mənimsəyən “Uğur İnşaat ” MMC -nin Qurban adlı iş icraçısı fəhlələri təhdid etməklə məşğuldur.Bu haqsızlıqla barışmayan Gəncə sakinləri mətubat vasitəsi ilə Baş prokurorluqdan onlara qarşı edilmiş bu dələduzluq faktının araşdırlmasını xahiş edirlər.

Hərbi hissəni təmir edən və maaşlarının bir hissəsini almayan fəhlələrin videomüraciətini təqdim edirik:

Kanal32.az