Azərbaycan “İsgəndər” raketinin “Barak-8”-lə vurub-ŞOK VİDEO

Sosial şəbəkələrdə, Azərbaycan hərbçilərinin telegram-qruplarından birində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın atdığı “İsgəndər” raketinin ordumuzun silahlanmasında yer alan, İsrail istehsalı “Barak-8” zenit-raket kompleksi ilə vurulmasına aid olduğu bildirilən görüntülər yayılıb. Virtualaz.org xəbər verir ki, bu görüntülərin yayılması Şuşa ətrafında “İsgəndər-M” raketinin qalıqlarının aşkar edilməsi məsələsinə görə Azərbaycanın Rusiya tərəfindən izahat istədiyi bir vaxta təsadüf edir.

Bir sıra Rusiya online-nəşrləri dərhal bu görüntüləri yayıblar və hərbi ekspertlər “İsgəndər” raketinin “Barak-8”lə vurulması faktı təsdiqlənərsə Rusiya silahlarının imicinin ciddi zədə alacağını deyiblər.

Bundan əvvəl Azərbaycandan yüksək rütbəli hərbi mənbə “Middle East Eye” nəşrinə bildirmişdi ki, müharibə zamanı Ermənistanın tətbiq etdiyi “İsgəndər” raketlərindən birini “Barak-8” zenit-raket kompleksi vurub.

Hər iki videoya diqqət!

Sosial şəbəkələrdə habelə Azərbaycan ordusunun İsraildən alınan yüksək dəqiqlikli, 400 kilometr mənzilli “LORA” operativ-taktiki raketləri 44 günlük müharibə zamanı tətbiq etməsini əks etdirən görüntülər də yayılıb. Xatırladaq ki, Azərbaycan ordusu bu raketlə Laçın dəhlizində, Zabux çayı üzərində yerləşən körpünü və Şuşada erməni polislərinin cəmləşdiyi binanı vurduğu bəllidir.

Kanal32.az