Bizim ölməz Şəhid müəllimlərimiz-FOTO

Müəllim-Şəhid-Tələbə… Bu üç adı birlikdə ucaldan Vətən sevgisidir…

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin və Xarici Dillər Mərkəzinin təşkilatçılığı ilə “Our İmmortal Martyred Teachers” (Bizim ölməz şəhid müəllimlərimiz: şəhid Firdovsi Balaxan oğlu Tahirov, şəhid Etiram Həsən oğlu Hüseynli, şəhid Arəstə Kərim qızı Baxışova, şəhid Ağaqardaş İlham oğlu Abbasov, şəhid Elgün Elman oğlu Əzizov, şəhid Qoşqar Səxavət oğlu Ömərov, şəhid Ceyhun Aqil oğlu Nüsrətli, şəhid Orxan Rza oğlu Nəbiyev, şəhid İlkin Şəməddin oğlu Ağaquliyev, şəhid Rəvan Ömür oğlu Lətifov, şəhid Çilingir Azad oğlu Nəbiyev) mövzusunda ingilis dilində Zoom mobil tətbiqi vasitəsilə onlayın tədbir keçirilib.

Kanal32.az-ın məlumatına görə,onlayın tədbirdə Tarix və coğrafiya fakültəsinin rəhbərliyi və tələbələri, Xarici dillər mərkəzinin müəllimləri  iştirak ediblər. Toplantını giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Mətanət Əsgərova açıb. O, iştirakçıları fakültə dekanlığının rəhbərliyi adından salamlayıb və hər kəsə ruğurlar arzulayıb.

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.” (Heydər Əliyev) mövzusunda Xarici Dillər Mərkəzinin b/m Sevda Ağayeva və Tarix və coğrafiya fakültəsinin Sosial iş ixtisası 2001B və 2002B qrup tələbələri (Ağazadə Ülya, Babazadə Azər, Alıyeva Günay, Cahangirov Ramin, Cavadzadə Seymur, Hüseynli Gözəl, Hüseynova Zəhra, Kamalov Rəşad, Musayev Bayram, Rəcəbov Əli, Sadızadə İsmayıl, Səttarzadə Arzu, Verdiyev Yusif) çıxış ediblər.

Onlayın tədbirə qatılan  32 nömrəli məktəbin 5 sinif şagirdləri (Aftandil Əliyev, Abdullayev İbrahim), 118 nömrəli məktəbin 4Ə sinfinin müəllimi Şəlalə Novruzovanın şagirdləri (Ağayev Mirəli, Səfərov Orxan, Hacıyeva Şəfa), 270 nömrəli məktəbin 2d sinfinin müəllimi Kəmalə Vəlixanovanın şagirdləri (Vəkilova Jasmin, Muradov Elşən, Hüseynova Ayla, Ağaquliyev Yusif) çıxış ediblər.

Qeyd edək ki,qəhrəman  şəhidimiz Arəstə Baxışovanın oğlu Mərdan da tədbirə qatılanlar sırasında olub. Müəllim-Şəhid-Tələbə… Bu üç adı birlikdə ucaldan Vətən sevgisidir. Tələbələr və şagirdlər şəhid-müəllimlərimizin həyatından, qəhrəmanlıqlarından danışıblar, şeirlər söyləyiblər. Onların həyatından bəhs edən videoçarxlar nümayiş etdirilib. Azyaşlı məktəblilərin mükəmməl çıxışları tədbirə xüsusi rəng qatıb.

Sonda tədbirin təşkilatçısı-Xarici dillər mərkəzinin baş müəllimi Sevda Ağayeva  tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirib.