Mingəçevirin bu məktəbi Gəncəyə getməklə örnək addım atdı-FOTOLAR

Mingəçevir məktəbliləri müəllimləri ilə birgə 44 günlük müharibədə ermənilər tərəfindən raket hücumuna məruz qalan Gəncə şəhərinin dağıdılmış ərazilərində olublar.
Kanal32.az-ın məlumatına görə, Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbin müəllim və şagirdləri Gəncə şəhərinə səfər ediblər. Səfər çərçivəsində məktəbin direktoru Sevinc Həsənova, Tərbiyə işləri üzrə direktor müavini Bəxtiyar Mahmudov, Hərbi rəhbər Fazil Zeynalov, Həmkarlar komitəsinin sədri tarix müəllimi Günel Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Quliyeva və yuxarı sinif şagirdləri  öncə Şəhidlər xiyabanını, terror qurbanlarının məzarlarını ziyarət edərək onların xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Sonra məktəb kollektivi ikinci Qarabağ müharibəsi zamanı düşmənin qadağan olunmuş raket hücumuna məruz qoyduğu qədim Gəncə şəhərinə raket mərmisi düşən ərazilərinə gəliblər. Mingəçevirli şagirdlər görüdüklərindən dəhşətə gəliblər. Səfər iştirakçıları yerlə-yeksan edilmiş evlərlə,nakam talelərə,yarımçıq qalan şagird arzuları ilə, öz məktəblisini gözləyən kitablarla, dəcəl, məsum sahibini gözləyən körpə oyuncaqları ilə, acısı ilə göz yaşlarına hakim ola bilməyən, qəlbi param-parça olan. valideyinlərlə həmsöhbət olublar.
Şagidlər  bir müddət görüdükləri mənzərənin təsirindən çıxa bilməyiblər. Ancaq erməni vandalizmi, erməni xisləti, erməni vəhşiliyi bu məktəblilərə tanışdır. Çünki Mingəçevir şəhəri də raket hücumuna məruz qalıb, böyük və dağıdıcı təhlükənin bir addımlığından qaydıb.
Səfər çərçivəsində müəllimlər bu bəşəri cinayətləri,zəfərimizi qəbul edə bilməyib dinc əhalinin amansızcasına atəşə tutuaraq qətlə yetirən mənfur düşmənin insanlığa ziddi əməllərini şagirdlərə əyani faktlar göstəriblər.

 

 

 

 

    

 

Kanal32.az