Prezident Səlcuq Bayraktarı qəbul edib və…-FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Kanal32.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Həmçinin prezident İlham Əliyev Səlcuq Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib.

İlham Əliyev Selçuk Bayraktarı Qarabağ ordenilə təltif edib

“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Qarabağ” ordeninə layiq görüldüyüm üçün böyük şərəf və qürur duyuram”.

Qeyd edək ki,bunu Bakıda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Prezident İlham Əliyevlə olan fotosunu tvitterdə paylaşaraq yazıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Qarabağ” ordenini S.Bayraktara təqdim edib.