Sabiq nazir Cek Strou:”Britaniya Şimali Kipri tanımalıdır”

İngiltərə hökumətinin Şimali Kipri dövlət kimi tanıma yolunda addım atması vacibdir.

 Kanal32.az xəbər verir ki, bunu İngiltərənin keçmiş xarici işlər naziri Cek Strou deyib.

“Şimali Kipr dövlət kimi bütün kriteriyaları qarşılayır. Ancaq dövlət kimi tanınmır. İngiltərə hökumətinin Şimali Kipri dövlət kimi tanıma yolunda addım atması vacibdir. Və bununla birbaşa aviareyslər da başlatmaq olar.

Mənim vaxtımda buna çox yaxınlaşmışdıq. Hətta bunun planı da hazır idi. İngiltərədən Şimali Kiprə birbaşa aviauçuşlar mütləq lazımdır.

Çünki burada istirahət edən ingilis turistlər mövcuddur.

Əlbəttə ki, Avropa Birliyini (AB) də maraqlandılan mövzular var. Ancaq birbaşa aviareyslərin olması normallaşmanın bir hissəsidir”, – sabiq nazir bildirib.

C.Strou qeyd edib ki, ikibölgəli federal həll axtarışları uğursuz nəticə verir: “Cənubi Kiprin Şimali Kipri özünə qatmaq istəyi hamıya məlumdur.

İkidövlətli həll variantını əvvəlcə ağılda qəbul etmək lazımdır”.

/axar.az/