Millət vəkili bayram günlərində Şəhid ailələri ilə görüşüb-FOTOLAR

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov bayram günlərində Yevlax rayonunda şəhid ailələrilə görüşüb.

Kanal32.az-ın məlumatına görə,göruşdə Şəhid ailələrinin qayğıları ilə maraqlanan, onların problemlərini dinləyən İlham Məmmədov cənab Prezident İlham Əliyevin, Birinci vitse-preziden Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından danışıb. Onların mövcud problemlərinin həll olunması məqsədi ilə icrası nəzərdə tutulan və gələcəkdə də davam etdiriləcək tədbirləri diqqətə çatdırıb.

Millət vəkili  göruş zamanı onu da bildirib ki, Azərbaycan xalqı, dövləti var olduqca onun ərazi bütövlüyü, suverenliyi uğrunda canında keçən, sağlamlığlnı itirən insanlar daima xalqın qəlbində əbədi yaşayacaq, onların əziz xatirəsi unudulmayacaq.

Kanal32.az