“Mən səni sevirəm, Mingəçevir”-Ancaq…-VİDEO

Kür çayının sahil-gəzinti zolağının giriş hissəsinə quraşdırılmış “Mən səni sevirəm, Mingəçevir” lövhəsi görənlərin marağına səbəb olub.

“Nur şəhəri” və ya “Kürün sahilində bir inci”,  Mingəçeviri çoxları belə adlandırır.Qışı mülayim, yayı isti keçən şəhərin yaz fəsili bir başqa cür olur.Yazın ilk günlərindən şəhər yavaş-yavaş öz libasını dəyişir. Mingəçeviri iki hissəyə ayıran Kür çayı isə buraya xüsusi gözəllik verir. Çayın üzərində uçuşan qağayılara, gəzinti gəmilərinə baxdıqca sözün əsl mənasında insanın ruhu dincəlir. Xüsusən, bayram günlərində Mingəçevir gözəllliyi daha əsrarəngiz olur. Onu görməyə gələnlər də az deyil.  Bu bayram günlərində şəhərə Azərbaycanın müxtəlif bölgələrindən-Ağdaş, Goranboy, Qax,Göyçay,  hətta Cəlilabaddan gələnlər var…

Həm şəhər sakinlərinin, həm də qonaqların diqqətini çəkən isə Sahil parkının girişində quraşdırlan “Mən səni sevirəm, Mingəçevir” lövhəsidir. Digər bölgələrdən fərqli olaraq ilk dəfə “Nur şəhəri”ndə quraşdırlan lövhədə yazının ingilis dilində olması isə əslində xarici turistlərin diqqətini çəkməyə xidmət edir.

Qeyd edək ki, ölkədə  bayram tətilinin olması insanları daha çox təbiət qoynuna, gözəllikləri seyr etməyə tələsdirir.

Kanal32.az