Qənirə Paşayeva gənc ərəbşünas Həşim Məmmədovu qəbul edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva gənc ərəbşünas Həşim Məmmədovu Mədəniyyət Komitəsində qəbul edib.
KANAL32.az-ın məlumatına görə, Millət vəkili Qənirə Paşayeva ərəbdilli xarici mediada Azərbaycan həqiqətlərinin intellektual təbliğinə, Vətən Müharibəsi gerçəkləri, ermənilərin Azərbaycan mədəni irsinə qarşı vandallığı ilə bağlı məqalələrlə çıxış etdiyinə görə ona təşəkkür edib, yeni uğurlar diləyib.
Həşim Məmmədovu Novruz bayramı münasibəti ilə təbrik edən Q.Paşayeva ona Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.
Ərəbşünas H.Məmmədov görüş, təbrik və tövsiyyələr üçün Komitə sədrinə təşəkkürünü bildirib.