Mingəçevirdə güclü yanğın olub-VİDEO+FOTO

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Kanal32.az xəbər verir ki,hadisə zamanı şəhərin A.Məmmədov küçəsi 1 ünavnındakı yataqxananın 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb. Ev sakini Yusibova Naziləyə məxsus 1 otaqlı mənzil əşyaları ilə birlikdə tamamilə yanıb.Ağdamdan məcburi köçkün olan Nazilə xanım deyir ki,evdə 7 nəfər qeydiyyatdayıq.”Biz evdə olmamışıq.Səhər 4 də mənə zəng gəlib ki,eviniz yanıb.Evdə oğlum olub.Qonşular yanğınsöndüemə briqadasına zəng vurublar.Bütün sənədlərim yanıb.30 ildir burda yaşıyırıq.

 

Güclü alov FHN-nin Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Esmira Hidayətova,

Mingəçevir.