Zərifə Quliyeva:”YAP Qadınlar Şurasının ləğv edilməsi…”-FOTO

YAP Qadınlar Şurasının ləğv edilməsi doğru qərar oldu. Veteranlar şurasının yaradılması isə yaşlı nəsilə diqqət və səmimi münasibətdir…

Bu fikirləri millixeber.az-a müsahibəsində Yeni Azərbaycan Partiyasının üzvü,Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva deyib.

Kanal32.az həmin müsahibəni təqdim edir:

– Zərifə xanım, bildiyiniz kimi Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixdə VII qurultayı keçirildi, YAP-ın Qadınlar şurasının İdarə heyətinin fəal üzvü olaraq hakim partiyada baş verən yeni dəyişikliklərlə bağlı fikirlərinizi bilmək istərdik?

İlk öncə bildirim ki, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi vaxtında atılmış ən doğru addımdır. Yadınızdadırsa bir neçə ay öncə sizin çalışdığınız Millixəbər.az saytı vasitəsi ilə YAP-da dəyişikliklərin olmasının, partiya sıralarında çevik idarəetmə bacarığına malik kadrlara ehtiyacı nəzərə alaraq yenilənmənin vacibliyinə diqqət çəkmişdim. Bununla bağlı geniş şəkildə fikirlərimi bölüşmüşdüm. Bir daha bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın quruculuq partiyasıdır. Azərbaycan xalqının sosial rifahını dərindən düşünərək uğurla irəliyə doğru aparan partiyadır. Əminəm ki, YAP bundan sonra da siyasi aktivliyini daha da artırararaq dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ictimai-siyasi kursunu irəliyə doğru daha çevik, fədakar şəkildə aparacaq.Təəssüflər olsun ki, son illərdə partiyada passivlik müşahidə edilirdi. Partiyada bəzi hallarda ayrı-seçkiliyə yol verilirdi. Bu cür hallar sözsüz ki, ürəkaçan deyildi. Ona görə də möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev bütün sahələrlə yanaşı YAP-da da kadr islahatlarını, vaxtında və zamanında etdi. Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyevin YAP-ın nizamnaməsini Azərbaycanın ən çətin dövründə yazaraq, tarixi əhəmiyyətli bir siyasi partiyanı yaradaraq bizə əmənət etdi. Bu baxımdan da düşünürəm ki, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər birimiz bizə əmanət edilən Yeni Azərbaycan Partiyasınıqoruyub saxlamalı, daha da inkişaf etdirməliyik.Partiyanın inkişafını ləngidməyə cəhd edənlərə imkan verməməliyik.Unutmaq olmaz ki, Ulu öndərin dəsti-xətti ilə yazılan, ümumixalq maraqlarını ifadə edən partiya müqəddəsdir.

Yeri gəlmişkən deyim ki, mənim də təmsil olunduğum YAP Qadınlar Şurasının ləğv edilməsi doğru qərar oldu, ona görə ki, bu gün dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birlikdə həyata keçirdikləri gender siyasəti uğurla davam etdirilir. YAP-ın nizamnaməsində Qadınlar şurasının olması qeyd edilməyib. Bu baxımdan da adıçəkilən şuranın varlığı hər hansısa bir önəm kəsb etmir. YAP daha böyük uğurlara imza atmaqla yolunu davam etdirir.YAP Ulu Öndərin dediyi kimi dünənin, bu günün, sabahın partiyasıdır.

– Partiyanın VII qurultayında 6 siyasi partiya YAP-ın məramnaməsini qəbul edərək YAP-a qoşuldular. Bu məsələyə münasibətiniz necədir?

Əlbəttə ki, münasibətim çox yaxşıdır. Ölkəmizdə çox partiyalı bir sistem neçə illərdir ki, demokratik şəraitdə mövcuddur. YAP öndə gedən bir siyasi partiyadır, bu baxımdan da 6 siyasi partiyanın iqtidar partiyasında birləşməsi gözlənilən və vaxtında verilən əhəmiyyətli bir qərardır.Ölkəmizdə demokratik fəaliyyətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Bu gün əminliklə deyə bilərik ki, siyasi sistemdə demokratik islahatlar cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Belə bir məqamda bu siyasi partiyaların birləşmə qərarları YAP-ın nüfuzu ilə yanaşı iqtidar xalq- birliyinin növbəti parlaq nümunəsidir.Yadımdadır ki, 1993-cü ildə mənim özümün də iştirak etdiyim Heydər Əliyevlə bağlı seçki qərargahında o dövrdə 18-ə yaxın müxalifətdən olan siyasi liderlər ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini dəyərləndirərək ona səs verirdilər. O zamanlar kəskin müxalifətdə olan 16 nəfər seçki qərargahına gələrək YAP-a üzv oldular.

– Zərifə xanım sonuncu qurultayda bir sıra yeniliklərlə yanaşı Veteranlar şurası da yaradıldı, bu şura haqqında nə deyə bilərsiniz?

Belə bir şuranın yaradılması haqqında cənab Prezidentin yanaşması YAP sıralarında uzun illərdir çalışmış yaşlı nəsilə diqqət və səmimi münasibətdir,yaşlı nəsilə qoyulan dərin hörmət mümunəsidir. Belə bir Veteranlar şurasının yaradılması yaşlı insanların təcrübəsindən bəhrələnərək, yaxşı mənada öyrənərək yeni nəsilə, gənclərə ötürülməsidir.İnanıram ki, mövcud dəyişikliklər YAP-da bərabərlik yaradacaq, hər kəs üçün münbit şərait olacaq . İdarəetmədə daha çevik , milli və vətənpərvər ruhlu qərarlar verən gənclərin yetişməsində və cəmiyyətə təqdim edilməsində önəmli qərarlar veriləcək.

Yeni seçilmiş tərkiblə bağlı gözləntilərinizi bilmək istərdik.

Bildiyiniz kimi yeni dəyişikliklər uğurlu seçimlər edilərək baş tutdu.Belə ki, YAP-da ən uğurlu seçimlərdən biri də xalqımızın sevimlisi , çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini seçilməsidir ki, bu da olduqca vacib və əhəmiyyətlidir. Mehriban xanımın çoxşaxəli, işgüzar, ictimai-siyasi fəaliyyətində daima Azərbaycançılıq məfkurəsi, milli və mənəvi dəyərlərə ən yüksək səviyyədə hörmət, şəhid ailələri və qazilərə qayğı, xeyirxahlıq, mərhəmətlilik özünü göstərmişdir.

Bu arada öz adımdan və birliyimizin kollektivi adından dəyərli və əziz Mehriban xanımı YAP-da uğurlu vəzifə fəaliyyətində və xalqımızın əziz və sevimli Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı, müstəqil və müasir Azərbaycanın inkişafı naminə üzərinə düşən işlərdə daha böyük uğurlar arzu edirəm.
Eyni zamanda yeni seçilənlər sırasında uzun illərdən bəri tanıdığım yüksək idarəçilik fəaliyyəti ilə seçilən Tahir Budaqovun YAP-ın sədr müavini, Mərkəzi aparatının rəhbəri olması olduqca uğurlu seçimlərdən biri olaraq YAP-da yaxın gələcəkdə çox böyük vacib, fədakar fəaliyyətin olacağından xəbər verir. Tahir müəllimi yaxından tanıdığım üçün deyə bilərəm ki, O gözəl şəxsiyyət, səriştəli rəhbərlik keyfiyyətlərinə malik kadrlardandır. İnanıram ki, Tahir müəllimin peşəkar fəaliyyəti nəticəsində partiyada bir çox irəliləyişlər olacaq.Tahir müəllim Nizami rayonunda İcra Başçısı işlədiyi dövrdə daima sakinlərlə təmasda olur, hər zaman sakinlərə diqqət və qayğısı ilə seçilirdi. Yüksək idarəetmə qabiliyyəti ilə diqqət çəkirdi. İcra başçısı olduğu dövrdə Nizami rayonunu gözəlləşdirərək yeni-yeni mədəniyyət istirahət parkları saldırdı.Ağaclar əkilərək yaşıllıqlar salındı, rayonda böyük abadlıq quruculuq işləri aparıldı…

– 44 günlük xalqımızın haqq savaşında qazandığı uğurlu zəfərdə əvəzsiz xidmətləri olan şəhid analarına, ailələrinə və qazilərə ən yüksək səviyyədə diqqət və qayğı yönümündə YAP-ın vətənpərvərliklə bağlı fəaliyyətini necə qiymətləndirirsiniz?

Öncəliklə bu tarixi qələbəni xalqımızın zəfər bayramı kimi qeyd etmək istərdim. Zəfər bayramı Azərbaycan xalqının tarixində ən böyük hünərdir. Dünyanın heç bir yerində görünməyib ki, 44 gündə 30 illik torpaq həsrətinə, işğala məruz qalmış torpaqları azad edə biləsən. Bunu yalnız qüdrətli Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu edə bilərdi, onu da uğurla etdilər.Gecə-gündüz qətiyyətli Prezidentimiz dünya jurnalistlərinə bir-birindən fərqli tutumda açıqlamalar, müsahibələr verərək əbədi-əzəli torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal edildiyini, tarixi faktlarla onlara anladırdı. Cənab Prezident bütün çıxışlarında bəyan edirdi ki, bizim torpaqlarımız ermənilər tərəfindən işğal edilib, şəhərlərimiz dağıdılıb, tarixi abidələrimiz vandalizmə məruz qalıb. Xalqımıza məxsus olan torpaqları geri almaq istədiyimizi dünya ictimaiyyətinə peşəkarlıqla çatdırırdı. Xarici jurnalistlərin suallarını yorulmaq bilmədən öz dillərində cavablandırırdı.
44 günlük vətən müharibəsində iştirak edən gənclərimizin fədakarlığını xüsusi olaraq qeyd etmək istəyirəm.
Bu haqq savaşında diqqətçəkən məqamlardan biri də son 20-25 ildə dünyaya göz açmış, Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin siyasi hakimiyyəti dövründə böyüyüb boya-başa çatmış gənclər milli və vətənpərvər ruhda tərbiyə alaraq, cənab Prezidentin ətrafında sıx birləşərək xalqımıza tarixi qələbə zəfərini bəxş etdilər. Şükürlər olsun ki,Qarabağ Azərbaycan oldu, Azərbaycan da Qarabağ!

/millixeber.az/