Kəlbəcər RİH-də intihar halları ilə bağlı videomüşavirə keçirilib-FOTO

Son zamanlar ölkəmizdə intihar hadisələrinin artan dinamikası bu halların yaranma səbəblərinin müəyyənləşdirilməsini və onların aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını qaçılmaz edib.

Kəlbəcər rayonunda bu kim mənfi halın yaranmaması üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi məqsədi ilə rayon ümumtəhsil məktəblərinin direktorları və psixoloqlarının iştirakı ilə videomüşavirə keçirilib.

Kanal32.az-ın məlumatına görə,videomuşavirəni giriş sözü ilə açan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev əvvəlcə müşavirə iştirakçılarını möhtəşəm qələbə münasibəti ilə təbrik edərək bildirib ki, 30 ilə yaxın bir müddətdə erməni tapdağında qalan torpaqlarımız Müzəffər Ali Baş Komanan, Qalib Sərkərdə cənab İlham Əliyevin siyasi uzaqgörənliyinin və məqsədyönlü apardığı davamlı siyasətin nəticəsi olaraq düşmənlərdən azad edilmişdir.Dövlətimizin başçısının qətiyyəti, xalqın bir amal ətrafında birlyi, əsgərlərimizin rəşadəti, qorxmazlığı və milli birlikdən doğan dəmir iradənin nəticəsində xalqımız qələbə sevincini yaşamış, öz adını qalib xalqlar siyahısına daxil etmişdir.Təbii ki, müharibə itkisiz olmur.Biz vətən torpaqlarının azdlığı uğrunda şəhid olan soydaşlarımıza uca Allahdan rəhmət diləyir, yaralı qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.Bu gün şəhid ailələri və qazilərimiz eləcədə Vətən müharibəsi iştirakçıları daima dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, qazilərimizə yüksək həsaslıqla yanaşaraq onları diqqət mərkəzində saxlamışdır.

Bir bir və ya daha çox şəxs, ayakta duran insanlar və içəridə görseli olabilir

Dövlətimizin başçısı cənab İlham Əliyevin bayram ərəfəsində milli ailə dəyərlərini üstün tutaraq ailəsi ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə olması, orada xidmət aparan hərbiçilərimizlə görüşməsi, milli mənəvi dəyərlərimiz olan abidələrimizi ziyarət etməsi bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir və Azərbaycanın hər bir qarış torpağı onun üçün əzizdir.

Bu gün cəmiyətimizi ən çox narahat edən və aktual məsələ olan məktəblilərin intihar hadisəsinə toxunan Eldəniz Mehtiyev çıxışı zamanı qeyd etmişdir ki, hər bir şagird, hər bir fərd cəmiyyətimiz üçün olduqca əhəmiyətli rol oynayır.Həmin fərdlərin cəmiyyət üçün layiliqli vətəndaş kimi formalaşdırılmasında və cəmiyyətə təqdim edilməsində məktəb direktorlarının və psixoloqlarının üzərinə böyük məsuliyyət düşür.Məktəblilərlə bu istiqamətdə işin düzgün şəkildə qurulmasının vacibliyini vurğulayan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev bu məsələnin daima diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edərək öz tövsiyyə və tapşırıqlarını vermişdir.

Bir bir və ya daha çox şəxs, oturan insanlar və ayakta duran insanlar görseli olabilir

Daha sonra Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən İsmayıl Məhəmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, İctimai-siyasi və Humanitar məsələlər şöbəsini müdir müavini Heydər Bəylərov və İctimai-siyasi və Humanitar məsələlər şöbəsini baş məsləhətçisi Hikmət Bağırov çıxış edərək mövzunun əhəmiyyətindən söz açmış və intihar hallarının yaranma səbəbləri və onların aradan qaldırılması yolları , intihar hallarının mənfi nəticələri, ailədaxili münaqişələrin yeniyetmə və gənclərdə intihar düşüncəsinə səbəb olması barədə tədbir iştirakçılarına geniş məlumat vermiş, ümumtəhsil məktəblərində şagirdlərdə intihar düşüncəsinin qarşısının alınması üçün müəllim-şagird-valideyn sıx əlaqəli formada fəaliyyət göstərməsinin vacibliyi qeyd olunmuşdur.

Bir 1 nəfər, ayakta, oturur və içəridə görseli olabilir

Müşavirənin sonunda intihar hadisələrini yaradan səbəblər və bu səbəblərin aradan qaldırlması istiqamətində müşavirədə iştirak edən məktəb direktorları və psixoloqlar çıxış edərək öz fikir və təkliflərini bildirdilər.

Kanal32.az