“Şah Dağ”Azərbaycan Cəmiyyətinin üzvləri səfirlə görüşüb-FOTOLAR

İsraeldə  fəaliyyət göstərən  “Şah Dağ”Azərbaycan  Cəmiyyətinin sədri Elxanan Razielin təşəbbüsü ilə  Azərbaycan şöbəsinin əməkdaşları İsrael dövlətinin  Azərbaycan respublikasındakı səfiri ilə görüşüb.

Kanal32.az-a verilən məlumata görə, Bakıda İsraelin Azərbaycandakı səfiri  Corc Dik  Azərbaycanın  İsraeldəki diaspor təşkilatı olan “Şah dağ” cəmiyyətininin Azərbaycan şöbəsinin üzvləri ilə  görüş keçirilib.İsrael səfirliyində baş tutan işgüzar görüşdə səfir Corc Dik son zamanlar İsrael-Azərbaycan münasibətlərinin tarixi köklərimizə dayanan xalqlarımızın birgə yaşar və mehriban əlaqəlrinin müasir dövrdə  yüksək səviyyədə olmasını  xüsusilə qeyd etmişdir.

Cəmiyyətin Azərbaycandakı nümayəndəliyinin sədri  Sayman Aruz isə vurğulayıb ki, Azərbaycanın 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında olan torpaqlarının azad olunması uğrunda apardığı 44 günlük haqq müharibəsində  İsrael dövlətinin yaxın dost -qardaşlıq münasibəti və dövlətimizə mənəvi dəstək olması bizi qürurlandırmışdır. Azərbaycanın  zəfər qələbəsinə  sevinən,  bu qələbənin qəhramanları olan yaralı qazılərimizin müalicəsində yaxından iştirak etmək üçün təmənnasız tibbi əməliyyatların aparılmasının təşkili işində  yaxından iştirak etmək iki xalq arasında səmimi-dostluq münasibətlərinin  göstəricisidir. Azərbaycanın çətin günlərində, istər I Qarabağ  müharibəsində, istərsə də torpaqlarımızın azad olunmasında azərbaycanlı yəhudilər bizimlə birgə qəhramanlıq  göstərmişlər. Bu qəhramanlığın nümunəsi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Bakının mərkəzində ucalan heykəli gələcək nəsillər üçün ən gözəl örnəkdir.” Sayman Aruz əlavə etmişdir ki, “Holokost və Xocalı soyqırımını törədənlər iki dövlət və iki xalq tərəfindən hər zaman qınanmışdır. Ötən əsrın əvvələrındə mənfur erməni daşnakları təfindən  Qubada qətlə yetrilən  azərbaycanlılarla birlikdə yəhudi xalqının nümayəndərənin olduğu da hər kəsə məlumdur.

Görüşdə xalqlarımızın oxşar dərdlərinə toxunan  “Şah Dağ” Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin mətbuat katibi, şairə  Nəsibə İsrafilqızı bildirib ki, “uzun illər öz adət-ənənəsi ilə xaqlarımızın  mehriban şəraitdə birgə yaşaması, bizim gələcək münasibətlərimizin tarixi köklərimizə möhkəm bağlılığını ifadə edərək, gələcəyə ümidləri artırır.” Nəsibə İsrafilqızı “Şah dağ” Azərbaycan cəmiyyəti adından Azərbaycan-İsrael dostluğuna həsr olunmuş “Dostluğumuz əbədididr” mahnısını da səfirə təqdim edib.

Sonda İsrael  və Azərbaycan xalqlarının ictimai, mədəni və sosial əlaqələrinin daha da six şəkildə davamlı olaraq inkişaf etdirilməsi üçün gələcək görüşlərin faydalı olacağının əhəmiyyəti barədə danişıqlar aparılıb.

KANAL32.AZ