Ərdoğan əsəbləşdi: “Kürəkən boyda daş düşsün başınıza”-VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının toplantısında çıxış edib.

KANAL32.az “Haber Qlobal”la istinadla xəbər verir ki, Prezident çıxışında müxalifəti sərt tənqid edib.
O, CHP-nin hökumətdə təmsil olunduğu zaman ölkənin enerji durumunun bərbad olduğunu vurğulayıb və bunun hazırkı fəaliyyətlərində maneə yaratdığını bildirib.

Ərdoğan eyni zamanda CHP fəallarının sosial şəbəkələrdə yazdıqlarına bu cür reaksiya verib:
“Son zamanlar CHP fəalları tvit yarışındadırlar. Yatırlar, dururlar “kürəkən, kürəkən “deyirlər. Kürəkən qədər daş düşsün başınıza”.

Qeyd edək ki, Ərdoğanın kürəkəni Türkiyənin sabiq xəzinədarlıq və maliyyə naziri Barat Albayraqdır. O, bir müddət öncə səhhətində yaranan problemə görə istefa verib./modern.az