Mingəçevirdə Yol polisi qadın sürücüləri saxlayıb- FOTOLAR

Dövlət Yol Polisinin (DYP) Mingəçevir bölməsinin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhərdə qadın sürücüləri təbrik edib.

Kanal32.az xəbər verir ki, şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılıb.
Reyd zamanı qayda pozuntusu olan xanım sürücülərə də rast gəlinib.

Lakin yol polisi bu gün onlara cərimə yazmayaraq törətdikləri qayda pozuntusunu izah edib, maarifləndirici söhbətlər aparıb və qaydalara əməl etməyi tövsiyyə edərək onlara çiçəklər təqdim ediblər.
Xanım sürücülər onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.

Esmira Hidayətova