“Monte Ferro” şirkəti dövlət siyasətinə dəstək verir-FOTOLAR

Son illər ölkəmizdə sosial-iqtisadi sahənin sürətli inkişafını təmin etmək məqsədi ilə bir sıra mühüm addımlar atılıb. Bunlardan ilk növbədə “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanını, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı göstərmək olar. İqtisadi sahənin inkişafı üçün xeyli sayda mühüm qərarlar qəbul olsunsa da, məhz bu iki sənəd xüsusən regionların davamlı inkişafının təmin edilməsini özündə etiva edir. Eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin sahibkarların işinə yersiz müdaxilələrə son qoymlması və süni əngəllərin yaradılması barədə məlum bəyanat iqtisadi sferadakı vəziyyəti dinamik inkişafa çevirən vacib addımlardandır.
Bir neçə il bundan öncə Bakı Bisnez Mərkəzində keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransda Azərbaycanın iqtisadi imkanlarının getdikcə genişləndiyini vurğulayan Prezident İlham Əliyev demişdir: “Sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalıdır. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər. Onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Əlbəttə ki, sahibkarlar da dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri vaxtı-vaxtında ödəməli, regionların inkişafına öz töfhələrini verməlidirlər”.

Təbii ki, ölkə başçısı sosial-iqtisadi inkişafa mane olan amillərdən danışanda təkcə dövlət qurumlarının yersiz müdaxilələrini deyil, həm də möhtəkirlərin əllərində alətə çevrilən bəzi media təmsilçilərini, ictimai-siyasi təşkilatları və müəyyən inhisarçılar tərəfindən idarə olunan qrupları da nəzərdə tuturdu. Belələri əslində dövlətin sosial-iqtisadi siyasətinin uğurlu icrasını və inkişafı həzm edə bilməyən qüvvələrdir. Bir çox hallarda özlərinə “vətənsevər” (məhz “vətənsevər”, çünki onlar vətənpərvər ola bilməz) donu geyindirən bu qüvvələr bu gün də var, sabah da olacaq. Bir sözlə, onlar öz “missiya”larını “sədaqətlə” yerinə yetirməyə çalışacaqlar. Bu qəbilədən olan qüvvələr Azərbaycanın Şimal-Qərb bölgəsində uğurla fəaliyyət göstərən, bölgə əhalisinin sosial vəziyyətinə öz töhfəsini verən, onların davamlı məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirən “AGA Group”a daxil olan “Monte Ferro” MMC-yə də mane olmağa çalışır, şirkətin işgüzar nüfuzuna zərbə vururlar. Əslində isə bu “vətənsevərlər” dəstəsi bölgədəki insanların sosial rifahının yaxşılaşmasına, qeyri-neft sektorunun inkişafına mane olmaqla xidmət etdikləri “sahibləri”nin dövlətə yönəlik məkrlərini ortaya qoyurlar.
“Monte Ferro” MMC-nin faəliyyətinə mane olmaq istəyənləri bilməlidirlər ki, respublikamızın şimal-qərb bölgəsində fəaliyyət göstərən“Monte Ferro” bölgənin iqtisadi inkişafına, bağçılıq təsərrüfatının müasir tələblər çərçivəsində genişlənməsinə öz töhfəsini verməklə yanaşı, bir-neçə infrastruktur layihələrinin icrasını da təmin edib. İnsanlara maddi və mənəvi dəstək olub. Adıçəkilən şirkət Qax və Şəki rayonları ərazisində fındıqçılıq təsərrüfatının genişləndrilməsi və inkişaf etdirilməsi üçün ən müasir aqrotexniki tələblərə cavab verən istehsal sahələri, bağıçılıq təsərrüfatı yaratmaqdadır. Bu addım ilk növbədə bölgədəki işsiz insanların məşğulluğunu təmin etməyə geniş imkanlar açır. Hazırda şirkətin yaratdığı fındıq sahələrində xeyli sayda kənd əhalisi daimi, günəmuzd və mövsümü işlərə cəlb olunub. Onların əmək haqlarının vaxtlı-vaxtında ödənilməsi təmin edilib. Bu da öz növbəsində həmin insanların sosial rifahının yaxşılaşdırılması üçün olduqca önəmli addımdır.


Çox şaxəli fəaliyyəti ilə diqqət çəkən “Monte Ferro” MMC bölgənin potensial imkanlarını düzgün dəyərləndirməklə hər  zaman dövlətimizin apardığı iqtisadi və sosial siyasətə öz töhfəsini verməkdədir. Təkcə Bideyiz kəndində onlarla işçi sözügedən şirkətdən aylıq maaş alır. Maaşlar isə, bir gün belə gecikmədən işçilərə ödənilir.
Şirkət Bideyiz kəndində bir çox layihələr və xeyriyyə işləri də həyata keçirib. Kəndin Şəhidlər xiyabanının təmiri, kənd ərazisində məişət tullantılarının atılması üçün quyuların qazılması və kəndin mərkəzində tramplinlərin inşası da “Monte Ferro” şirkətinin Bideyiz kəndi üçün gördüyü işlərdəndir. Şirkət Bideyiz Kənd sakinlərinin müalicəsi üçün də öz dəstəyini əsirgəməyib. Müalicəyə ehtiyacı olan sakinlərə şirkət tərəfindən ödənişlər edilib. Ümumilikdə isə Bideyiz kəndinə görülən işlərlə bağlı xeyli vəsait xərclənib. Bundan başqa torpaqlardan istifadəyə görə Bideyiz bələdiyyəsinə də icarə haqqı ödənilib. Belə bir deyim var: ”Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğur”. Bəli, “Monte Ferro”şirkətinin də fəaliyyətinin əsas qayəsində insan amili və dövlət siyasətinə dəstək dayanır…

Kanal32.az