Tural Qəlbinura vəzifə verildi

Öz şeirləri ilə sevilən və  Tural Qəlbinur imzası ilə tanınan Tural İbrahimliyə vəzifə verilib .

 

Kanal32.az-a verilən məlumata görə,o, Yeniləşən Dövlətə və Cənab Prezident  Dəstək İctimai Birliyinin sədri Nəbi Qafarovun qərarı ilə təşkilatın Yasamal rayon şöbəsi üzrə sədr müavini təyin edilib.

 

Qeyd edək ki , Yeniləşən Dövlətə və Cənab Prezidentə Dəstək İctimai Birliyi dövlət qeydiyyatına alinmiş rəsmi təşkilatlardan biridir . Sözügedən təşkilat 10 000 dən çox insanı özündə birləşdirir . Birliyin əsas iş prinsipi dövlətə və  Prezidentə dəstək olmaq , cəmiyyətdə insan hüquqlarının bərabər olmasını təmin etmək , aztəminatlı ailələrə, şəhid ailələri  və qazilərə problemlərinin həllilndə yardımçı olmaqdır.Əsas məqsəd isə Gənclərdə yüksək Vətənpərvərlik hisslərinin aşılanmasi , bütöv  və həmrəy Azərbaycan ideyalarını təbliğ etməkdir.

 

Biz də redaksiya olaraq gənc yazara ictimai fəaliyyətində uğurlar  arzulayırıq.