YAP-ın nümayəndələri Şəhid ailələrinin evində olublar-FOTOLAR

Fevralın 28-də Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov, təşkilatın sədr müavini Vahid Quliyev, Qadınlar Şurasının sədri Əminə Əhmədova Yevlax rayon Aran qəsəbəsi və Yaldili kəndində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçular Kamil Salahovun, Tural Quliyevin, Elgün Rəhimovun və Əkbər Həsənovun ailələrini ziyarət ediblər.

Kanal32.az-ın “sia”ya istinadən məlumatına görə, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov şəhid valideynləri ilə söhbət zamanı bildirib ki, onların övladları igidlik, fədəkarlıq, şücaət göstərərək 30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsi zamanı şəhid olub. Belə qəhrəman övladlar yetişdirdiklərinə görə onlara minnətdarlıq edib.

Bildirib ki, hər bir şəhid ailəsi, hər bir qazi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədirlər. Onlara olan diqqət və qayğı əbədidir. Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə səsləndirlən təklif və müraciətlərlə bağlı qeydlər götürülümüş, həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilib.

/sia.az/