Kəlbəcər sakini Şəmkir polsindən şikayətçidir:”Rəis müavini mənə…”

Şəmkir rayon Polis şöbəsi baş vermiş oğurluq faktı ilə bağlı heç bir araşdırma aparmır…

Kanal32.az xəbər verir ki,Şəmkirdəki 107 saylı Texniki Peşə liseyinin yataqxanasında  məskunlaşan Kəlbəcər rayon Zar kənd sakini Abbasov Natiq Yusif oğlu Dünyanınsəsi.Az-a 12 fevral 2021-ci il tarixdə baş vermiş oğurluq faktının ört-basdır edilməsini şikayət edərək problemin ictimailəşdirilməsini xahiş edib.

Şəmkir rayonunda məskunlaşmış kəlbəcərli köçkünün 13 gündən artıqdır ki avtomaşınından oğruluq edilib.Sözügedən  oğurluq hadisəsi 12.02.2021 -ci il tarixdə saat 20:30 iradələrində baş verib.

Hadisənin  Şəmkir-Gəncə dairəvi yolunun sağ hissəsində baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinin elektron poçt ünvanına yazılı məlumat da verilib.Şikayətçiyə məxsus olan Mercedes-Benz markalı 99-DM-208 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerindən ümumi dəyəri 7 min manat olan, 57 qram qızıl-ziynət əşyaları oğurlanıb. Törədilən oğurluq faktı ilə bağlı Şəmkir rayon Polis şöbəsinin Əməliyyat işləri üzrə  müavini polis polkovnik-leytenantı Elşən Cahangirovun qəbulunda da olublar.

Şikayətçinin sözlərinə görə,bu günə kimi Şəmkir polisi baş vermiş oğurluq faktı ilə bağlı heç bir araşdırma aparılmayıb.Əməliyyat işləri üzrə müavin Elşən Cahangirov zərərçəkmişə deyib ki, sizin şübhələndiyiniz sürücüləri dəvət edib araşdırma apracağıq. Amma bu günə kimi Şəmkir polisi  nə qızılları girov qoyub kredit götürəcəkləri  ” Lombard Express”-in Şəmkir filalını, nə də  şübhələndikləri  sürücülərin heç birini sorğu-sual etməyiblər.

Natiq Abbasov sonda bildirir ki, ortada çoxlu qaranlıq məqamlar var.Şübhəli şəxs kimi adını polisə verdiyi adamlar hadisənin sabahı günü gözlənilmədən Bakı şəhərinə gediblər və  borclu olduqları şəxsə(şəxsin kimliyi məlumdur) olan borclarını qaytarıblar.

Sonda şiakyətçilər  qeyd edir ki, əgər  araşdırmalar düzgün  aparılmasa,   məcburiyyət qarşısında cənab Daxili İşlər naziri Vilayət Eyvazovun qəbuluna gedəcəm.

Redaksiya olaraq bildirək ki, Şəmkir Rayon Polis Şöbəsinin mövqeyini dərc etməyə hazırıq.