Görün kəlbəcərli Qarabağ əlili Prezidentdən nə istəyir-VİDEO+FOTO

Kəlbəcərdə doğulan,ancaq məcburi köçkün statusu olmayan döyüşlərdə gözünün birini itirmiş müharibə əlili Ali Baş komandandan kömək istəyir. Amma bu kömək hər hansı bir maddiyyatla və ya yaxud da şikayətlə bağlı deyil.

Kanal32.az xəbər verir ki, Kəlbəcər rayonunun Qaragüney kəndində anadan olmuş 2-ci qrup Qarabağ müharibəsi əlili Səmədov Qənimət Musa oğlu Azərbaycan respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevə müraciət ünvanlayıb. O, rəhmətə getmiş valideynlərinin yeganə varisi kimi ata yurduna-doğuluduğu kəndə qayıdıb,orada yaşamaq üçün ona şərait yaradılmasını xahiş edir.

Həmin videomüraciəti təqdim edirik:

Onu da qeyd edək ki,2-ci qrup Qarabağ müharibəsi əlili Səmədov Qənimət Musa oğlu artıq bütün müvafiq sənədləri Kəlbəcər Rayon Məhkəməsinə də təqdim edib.

   

KANAL32.AZ