İlham Məmmədov növbəti dəfə qazi və Şəhid ailələri ilə görüşüb-FOTOLAR

Deputat İlham Məmmədovun Şəhid ailələri və qazilərlə görüşləri davam edir…

Kanal32.az-ın məlumatına görə,fevralın 9-da Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov və YAP Yevlax rayon təşkilati Gənclər Birliyinin fəal gəncləri Yevlax rayonunun Qaramanlı və Qoyunbinəsi kəndində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

İlk olaraq rayonun Qaramanlı kəndində yaşayan Vətən müharibəsi şəhidi Fəhmin Quliyevin və Uğur İsmayılzadənin ailələri ilə görüşən İlham Məmmədov onlara cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə diqqət və qayğısından, eyni zamanda onlar üçün dövlət tərəfindən yardılan şəraitdən danışıb.

Daha sonra rayonun Qoyunbinəsi kəndində yaşayan Vətən müharibəsi şəhidi Fərid Abışovun ailəsini ziyarət edən İlham Məmmədov şəhidlərin adlarının dövlətimiz tərəfindən daim uca tutulduğunu və onların əziz xatirəsinin əbədiləşdirildiyini diqqətə çatdırıb.

Şəhid ailələri dövlətimizin Vətən müharibəsində əldə edilmiş uğurlarına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Onlar bütün bu uğurların Ölkə Prezidentinin müasir,güclü ordu quruculuğu, qətiyyətli və siyasi iradəsi nəticəsində əldə edildiyini qeyd ediblər.

İlham Məmmədov da öz növbəsində hər zaman şəhid ailələrini və qaziləri diqqətdə saxlaycağını, onların qayğılarını öz qayğıları kimi qəbul edəcəyini vurğulayıb. Görüşdə səsləndirlən təklif və müraciətlərlə bağlı qeydlər aparılıb, onların həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi diqqətə çatdırılıb.

Kanal32.az