Deputat növbəti dəfə Şəhid ailələri və qazilərlə görüşdü-FOTOLAR

Fevralın 8-də Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Yevlax şəhərində şəhid ailələri ilə və Vətən müharibəsinin iştirakçısı ilə görüşüb.

Kanal32.az-ın məlumatına görə,deputat İlham Məmmədov öncə  Vətən müharibəsi şəhidi Elton Məmmədovun və Sadiq Səmədovun ailələri ilə görüşüb. Sonra isə Vətən müharibəsində yaralanmış Ceyhun Salmanovun evində olub. Millət vəkili görüş zamanı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə diqqət və qayğısından,dövlət tərəfindən yardaılmış şəritdən danışıb.

İlham Məmmədov şəhid ailələrinin və qazilərin qayğılarının, problemlərinin hər zaman dövlətin qarşısında dayana bir nömrəli həll edilməli olduğu məslələr olduğunu diqqətə çatdırıb. Səmimi söhbət zamanı şəhid ailələri dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minəttdarlıqlarını ifadə ediblər. Dövlətimizin Vətən müharibəsində qazandığı uğurlarda Ali Baş komandanın müstəsna rolunu,  güclü dövlət, güclü ordu quruculuğu sahəsində göstərdiyi  siyasi iradəni xüsusi vurğulayıblar.

Millət vəkili İlham Məmmədov da öz növbəsində hər zaman şəhid ailələrini və qaziləri diqqətdə saxlaycağını, onların qayğılarını öz qayğıları kimi qəbul edəcəyini deyib. Görüşdə səsləndirlən təklif və müraciətlərlə bağlı qeydlər götürən deputat mövcud problemlərin həlli ilə bağlı aidiyyatı qurumlarla təmasda olacağını bildirlib.

 

Kanal32.az