Səlim Müslümovun silahları göz qamaşdırdı-FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün mətbuatda sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs olunması ilə bağlı məlumat yayılıb.
Kanal32.az gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq nazirin həbs xəbəri rəsmi şəkildə təsiqlənməyib.
Məlumat üçün bildirək ki, Səlim Müslümov 2013-2018-ci illərdə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. Daha əvvəl isə Maliyyə Nazirliyində idarə rəisi,  Dövlət Gömrük Komitəsinin sədr müavini və Dövlət Sosial Müdafiə Fondunun sədri olub.
Qeyd edək ki, Səlim Müslümovun nazir vəzifəsində işlədiyi dövürdə – 23.11.2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A ünvanında 4 şirkət dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınan şirkətlərin qanuni təmsilçiləri Səlim Müslümovun oğlanları – Turqay və Asim Müslümlü qardaşları olub.
Hazırda Turqay Səlim oğlu Müslümlü  “Orion Global” MMC, “Orion Construction” MMC və “Orion Cars” MMC-nin qanuni təmsilçisi, Asim Səlim oğlu Müslümlü isə “Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisidir.
Səlim Müslümovun oğlanlarının rəhbərlik etdikləri və “Orion” adı altında fəaliyyıt göstərən geniş biznes şəbəkəsindən biri də bahalı ovçuluq alətlərinin satışı ilə bağlıdır.
Neftçilər prispekti 151 ünvanında fəaliyyət göstərn “Port Baku Mall” ticarət mərkəzindəki mağazaların bir “Orion” ovçuluq mağazasıdır. Mağazanın sosial şəbəkə hesabında qeyd olunur ki, “Orion” Azərbaycanın ilk lüks ov butikidir. Qeyd olunur ki, “Orion” şirkəti olaraq Avropanın elit ovçuluq ənənələrini ölkəmizdə tanıdaraq milli ənənələrimizi inkişaf etdirməyi özümüzə məqsəd bildik. Mağzada silahlara xüsusi dizayn verilməsi xidmətlər, həmçinin antikvar silahlar, xəncər və bıçaqlar satılır.
Onu da bildirək ki, Turqay Müslümlünün direktor olduğu “Orion Cars” MMC Bakıda bahalı avtomobillərin kirayəsi xidmətini həyata keçirir.






Gununsesi.info