Təhsil nazirinin müavini vəzifəsindən azad edildi-FOTO

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

Kanal32.az xəbər verir ki,”Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq səməd imzalanıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb