Ağdamdakı Monitorinq Mərkəzinə bu generallar başçılıq edəcək-FOTO

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə rəhbərlik edəcək şəxslərin adları açıqlanıb.

Trend-in məlumatına görə, monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Qatırcı, rusiyalı şəxsi heyətə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Qeyd edək ki, bu gündən etibarən Ağdamda birgə moinitorinq mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, dərzi və mağaza da var. Ərazidə generator, avtomobil daynacağı, iki ədəd idman şəhərciyi, ərzaq və soyuducu anbarlar yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan ordusu tərəfindən həyata keçirilir.

Kanal32.az