DTX Ramiz Mehdiyevin yaxın adamını HƏBS ETDİ

“Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov saxlanılıb.

Kanal32.az xəbər verir ki, R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. R.Məmmədov barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.

Qeyd edək ki, adı zaman-zaman müxtəlif qanunsuzluqlarda,qalmaqallarda hallanan Rasim Məmmədov Ramiz Mehdiyevin ən yaxın adamlarından hesab olunur….