Rusiyanın bu şəhərində “qara səma” rejimi elan edildi

Rusiyanın Krasnoyarsk şəhəri ərazisində bu il üçüncü dəfə “qara səma” rejimi elan edilib.

Kanal32.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlaka nəzarət regional baş idarəsi məlumat yayıb.

“Krasnoyarsk ərazisinin atmosferində əlverişsiz meteoroloji şərait olduğundan havada zəhərli tullantıların olacağı gözlənilir”, – deyə məlumatda bildirilib.

Orqanizmə zəhərli kimyəvi maddələrin daxil olacağı barədə xəbərdarlıq edilib və bu səbəbdən sakinlərə açıq hava şəraitində daha az olmaq məsləhət görülür.