Şəhid Anasından İcra başçısı Usubova KƏSKİN ETİRAZ

“Çox hörmətli, Prezident. Məlumat üçün onu da bildirmək istəyirəm ki, Şəki İcra Hakimiyyətinin səlahiyyətli şəxsi bu yaxınlarda evimə bir qumarbaz məmurla ismarıc- xəbərdarlıq göndərib ki, «Məfkurə bir də şikayət etsə o ev üzü görməyəcəkdir!»”.

Kanal32.az DİA.az”a istinadən  bildirir ki, bu sözlər şəhid anası Məfkurə Əbdürəhimova Prezident İlham Əliyevə müraciətində yer alıb.

Şəhid anası daha sonra yazır: “Elə bil ki, bu adamın dədəsindən ev istəyirəm. Budur, son müraciətlərimə Sizin aidiyyatı məmurlar ümumiyyətlə şəhid anası olaraq mənə hörmətsizlik edir, cavab vermirlər. Əvvəllər isə heç olmasa Nazirliyin Şəkidəki şöbəsindən Mahir müəllimin göndərdiyi adamlar gəlib uçuq-sökük evimizin şəkillərini çəkib gedirdilər. Amma bu gün reallıqda Siyahı üzrə məndən əvvəl və məndən sonra adları olanlara evlər verilib.

Bu gün Şəki şəhərinin yarısını ələ keçirmiş bu bürokrat məmurlar və Nazirlikdəki süründürməçilər mənim kimi şəhid anasına qoyduqları hörmətsizliyi əslində Ali Baş Komandan kimi Sizə qoyurlar. Ona görə də xahiş edirəm ki,göstəriş verin, qoy mənim mənzil problemimlə ən çox inanadığınız və etibar etdiyiniz Prezident Aparatının rəhbəri  cənab Samir Nuriyev, ya da nazir cənab Mikayıl Cabbarov məşğul olub nəticəni Sizə məruzə etsinlər”.

Şəhid anası Məfkurə Əbdürəhimova başına gələn olayla bağlı da “dia.az” vasitəsi ilə Prezidentəı müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

CƏNAB PREZİDENT,27 İLDİR Kİ, SİZİN TƏYİ ETDİYİNİZ AYLIQ 300 MANAT ŞƏHİD PENSİYASINDAN BAŞQA HEÇ BİR İMTİYAZDAN İSTİFADƏ ETMƏMİŞƏM, NƏ DƏ BİR ŞƏHİD AİLƏSİ OLARAQ BU VAXTA QƏDƏR MƏNİM AİLƏMLƏ MARAQLANAN OLMAYIB, İSTƏR PANDEMİYA, İSTƏRSƏ DƏ MÜHARİBƏ DÖVRÜNDƏ, DÖVLƏTDƏN YEGANƏ İSTƏYİM 1 MƏNZİL ALIB 9 NƏFƏRDƏN İBARƏT ÖVLADLARIMI BİR YERƏ YIĞIB ÖMRÜMÜN SON GÜNLƏRİNİ YAŞAMAQDIR.

Bu gün- 20 Yanvarda səhər qapımızı döydülər.Oğluma bir 5 kq-lıq bağlama gətirmişdilər… Şəki Şəhər İcra Hakimiyyəti  təşkil edibmiş. Bağlamada 2 kq makaron, 1kq un, 1kq qənd olduğu bildirildi. Oğlum bağlamanı nümayəndədən götürmədi və rədd etdi.

CƏNAB PREZİDENT, XAHİŞ EDİRƏM, YERLİ MƏMURLARINIZI BAŞA SALASINIZ Kİ, ƏGƏR SON 27 İLDƏ KİMSƏ ŞƏHİD AİLƏSİNİ YADA SALMAYIB BU GÜN 20 YANVARDA QAPIMI ŞİKAYƏT YAZANDAN SONRA AÇIRSA, BU MƏDƏNİYYƏTSİZLİKDİR, MƏN MAKARON YOX, HAQQIM OLAN MƏNZİLİ İSTƏMİŞƏM. ƏVVƏL İSƏ ŞƏKİ İH SƏLAHİYYƏTLİLƏRİ UTANMADAN MƏNƏ HƏDƏ NOTASI GÖNDƏRMİŞDİLƏR Kİ, ELƏ ETMƏSİN Kİ, EV ÜZÜ GÖRMƏSİN, YOXSA PİS OLACAQ!

CƏNAB PREZİDENT, xahiş edirəm ki,mənim məsələmi şəxsi nəzarətinizdə saxlayasınız. Bunlara qaısa,mən bütün ümidlərimi üzməliyəm!

Qeyd edək ki,redkasiya  olaraq bütün digər tərəfləri mövqeyini dərc etməyə hazırıq…

İcra başçısı Elxan Usubovun qanunsuz əməlləri və özbaşınalıqları təkcə bununla bitmir.Biz növbəti yazılarımızda,eyni zamanda Kanal32-nin efirində yayımlanan “Azərbaycan Güzgüsü” verilişində onun əməllərini ictimaiyyətə və dövlət başçısına çatdıracağıq.