“Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli”-FOTOLAR

Azərbaycan Gənc Sahibkarlar Klubu “Qarabağ Yeni Sosial-iqtisadi İnkişaf Modeli” mövzusunda layihəsini uğurla davam etdirir.

KANAL32.AZ xəbər verir ki,Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyev layihə çərçivəsində qardaş Türkiyə Respublikasına səfər edərək, bir qrup iş adamı ilə görüşlər keçirib. Qardaş ölkənin iş adamları ilə aparılan müzakirələr zamanı gələcək layihələr, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi inkişaf və infrastruktur layihələrinin həyata keçirilməsindən bəhs edilib. İş adamlarının təklifləri ilə tanış olan Anar Sarıyev mövzu ilə əlaqədar öz fikirlərini diqqətə çatdırıb.

Səfərin yekunları ilə bağlı açıqlamada bildirilir ki, səfər zamanı keçirilən görüşlərdə Türkiyədə fəaliyyət göstərən iş adamları ölkəmizin Qarabağın işğaldan sonraki iqtisadi inkişaf proseslərində yaxından iştirak etməyə maraqlıdırlar və onlar sosial lahiyələrdə dəstək göstərməyə hazırdırlar.

Görüşlər zamanı o da vurğulanıb ki, iki qardaş dövlətlərin əlaqələrinin inkişafında ölkə başçıları Cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət xüsusi rolu var, bildirilmişdir ki qısa müddətdə ərzində Qarabağın yenidən ən müasir standartlara uyğun şəkildə yenidən qurulması prosesi həyata keçirəcək və regionda yeni sosial-iqtisadi inkişafın mərkəzinə çevriləcəkdir.

Lahiyənin davamlılığının təmin etmək məqsədi ilə layihənin gələcək perspektivləri ətrafında televiziya kanalarında verilişlərdə iştirak da nəzərdə tutulub.

Onu da qeyd edək ki, səfər zamanı Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyev İstanbul şəhərində yerləşən və Ulu Öndərin adını daşıyan parka gələrək,görkəmli siyasi xadimin büstünü ziyarət edib.

Kanal32.az