Mingəçevirdə jurnalistin “ovçarka”sını oğurladılar-FOTO

Mingəçevirdə oğrular alman cinsi olan “Reks”i adlı iti oğurlayıblar.

Kanal32.az xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında şəhərin Günəşli yaşayış massivində baş verib.
Belə ki, oğrular Mingəçevir sakini, jurnalist(APA-nın bölgə müxbiri) Ehtiram Muradova məxsus həyət evindən alman cinsi olan ofçarka naməlum şəxs və ya şəxslər tərəfindən oğrulanıb.

İtin sahibi bildirib ki,bu hadisədən çox məyus olub və oğurluqla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə  müraciət edəcək.

Qeyd edək ki, alman cinsli ovçarkalar bahalı it sayılır.




Kanal32.az