Yevlax şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov vəzifəsindən azad edilib.
Qeyd edək ki, Qənimət Qaraşov əvvəllər Yevlax şəhər Bələdiyyəsinin sədri işləyib. Hazırda həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun 2011-ci ildəki təyinatından sonra o, birinci müavin postuna gətirilib.Son on ildə birinci müavin vəzifəsində çalışıb.