Kəlbəcərin düşmən tapdağından azad edilmiş abidələri-SİYAHI

Kəlbəcər rayonda olan mədəniyyət və memarlıq abidələrinin siyahısı açıqlanıb.

Kanal32.az xəbər verir ki,bu barədə Modern.az-a Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyindən məlumat verilib. Siyahıda 60-a yaxın tarixi abidənin adı qeyd edilib.

Muzeyin hazırladığı sözügedən siyahını təqdim edirik:

Memarlıq abidələri:

1.Xudavəng -XII-XVII əsr-Tərtər çayının qərbin

2.Comərd qalası -Comərd kəndi

3.Qalaboynu qalası

4.Uluxan qalası

5.Daş körpü

6.Gəncəsər monastrı – 1238-vi il -Vəng kəndi

7.Qala -Şaplar kəndi

8.Alban məbədi – 500-cü il- Həsənriz kəndi

9.Xanabert qalası- Vəng kəndi

10.Alban məbədi -X əsr- Çormanlı kəndi

11.Alban kilsəsi -XI əsr -Çormanlı kəndi

12.Alban məbədi -697-ci il -Yayıcı kəndi

13.Alban məbədi-672-ci il-Yayıcı kəndi

14.Kilsə-1668-ci il -Dovşanlı kəndi

15.Ürək məbədi-1279-cu il-Talış kəndi

16.Alban məbədi-XII əsr -Çıldıran kəndi

17.Qırmızı məbəd-XIII əsr- Çıldıran kəndi

18.Məbəd-1283-il- Həsənriz kəndi

19.Xatırvəng məbədi-1204-cü il -Qozlu kəndi

20.Müqəddəs Yaqub kilsəsi-635-ci il-Kolataq k.

21.Alban məbədi- 614-cü il-Kolataq kəndi

22.Kilsə- 1883-cü il- Maxrataq kəndi

23.Məbəd-1881-ci il-Maxrataq kəndi

24.Kilsə-1894-cü il-Qasaped kəndi

25.Kilsə-1898-ci il-Suqovuşan kəndi

26.Alban məbədi- 718-ci il-Qasaped kəndi

27.Qırmızı məbəd-XVII əsr-Qozlu kəndi

28.Alban məbədi-713-cü il- Dastaqir kəndi

29.Kilsə-XVII əsr-Dəvədaşı kəndi

30.Məbəd-1251-ci il- Bazarkənd kəndi

31.Məbəd-XIII əsr-Vəng kəndi

32.Qala-1284-cü il- Vəng kəndi

33.Alban məbədi-Çərəkdar kəndi

34.Alban məbədi -Qasımlar kəndi

35.Alban məbədi- İstisu yolu, Zara dönən yol

36.Alban məbədi – Fəttahlar kəndi

37.Alban məbədi- Bağırlı kəndi

38.Alban məbədi- Zar kəndinin mərkəzi

39.Kilsə -Daşbulaqda

Məscid və pirlər:

1.Kəlbəcər şəhərində məscid – XII əsr

2.Başlıbel kənd məscidi – 1775-ci il

3.Qaraxançallı məscidi və piri – XV əsr

4.Söyüdlu yaylağında Seyid Bayram ağanın piri – XIX əsr

5.Ələmağacı piri-Başlıbel, Ramazan yaylağı

6.Pirlər- Nəcəfalı kəndi

7.Pir-Əli piri -Pirlər kəndi

Arxeoloji abidələr:

1.Qayaüstü təsvirlər-Qırmızı dağın ətəyi

2.Qədim yaşayış yeri -İstisu, Bağırsaq dərəsi

3.Qədim Zar şəhəri

4.Zar mağara düşərgəsi

5.Qaçaq Nəbinin ərizə kahası – Başlıbel, Barıtlı çay başlangıcı

6.Balıqqaya nekropolu-Sırxavınd kəndinin şərqində

7.Dovşanlı nekropol- Dovşanlı kəndi

9.Qayaüstü təsvirlər- Qalaça

Dekorativ tətbiqi sənət nümunələri:

1.Dəyirman daşı – muzeyin həyətində

2.Qoç fiqurları- muzeyin həyətində

3.Alt-üst kaha – Şəhərin alt hissəsində

4.Dəlikdaş – şəhərin qurtaracağında

5.Qöç daş -Şapların zirvəsində

6.Fireun daşı – Ağcakəndin içində

7.Daş qoç – Zarın girəcəyində

8.Daş qoç ərəb yazısı ilə- fiquru Zarın col tərəfində

9.Daş qoç fiquru ərəb yazısıla – Zar kəndi düz adlanan sahə

10.Daş qoç -Zarın sağ tərəfində

11.Daş at fiquru – Zarın girəcəyində