Çavuşoğlu ilə görüşdən sonra kritik-Qarabağ mesajı

İspaniya xarici işlər naziri Arança Qonzalez Laya bu il Avropa Birliyi (AB) və Türkiyə arasında əlaqələrdə müsbət bir gündəmə diqqət ayrılması çağırışı edib.

Teleqraf.com xəbər verir ki, o bu barədə türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra açıqlamada bildirib.

“Türkiyə bizim üçün təkcə bir qonşu deyil. AB ilə xüsusi əlaqəsi və xarici bazarlara çıxışı olan, AB üzvlüyünə namizədliyi davam edən, fərqli mövqelərdə yerləşən bir ölkədir. Pozitiv gündəm deyəndə dialoqun davam etdirilməsini, təxribat və gərginliyin aradan qaldırılmasını nəzərdə tuturuq”, – nazir bildirib.

Laya Çavuşoğlu ilə görüşdə Türkiyənin Yunanıstan, Cənubi Kipr və Fransa ilə əlaqələrini də müzakirə etdiklərini söyləyib. O, İspaniyanın bu məsələlərin siyasi yolla həllinə dəstək verdiyini bildirib.

Laya Türkiyənin Suriya, Liviya və Azərbaycandakı (Dağlıq Qrabağ) münaqişələrin həllində və sözügedən bölgələrdə sülhün təmin olunmasında ciddi geosiyasi oyunçu olduğunu vurğulayıb: “Liviya, Suriya və Dağlıq Qarabağda çox çətin bir il geridə qaldı. 2021-in sülh ili olacağına ümid edirik”.