İcra başçısı terror qurbanının problemini şəxsi nəzarətinə götürdü

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ermənilərin Bərdədə törətdiyi terror hücumu zamanı ağır yaralanaraq sol ayağını itirmiş şəxsin problemini şəxsi nəzarətinə götürüb.

Kanal32.az-ın məlumatına görə,Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdədə törədilən terror aktları nəticəsində ağır xəsarət alan mülki şəxs Şirinov Elçin Həvəskar oğluna zəng edərək,onun problemləri ilə maraqlanıb. Üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün müvafiq qaydada tapşırıqlar verib. Eyni zamanda  İcra hakimiyyətinin məsul əməkdaşlarını,xəstəxana rəhbərliyini birbaşa onun evinə gönədərib.Yaralıya lazımi köməkliyin göstərilməsi üçün addımlar atılıb.

Qeyd edək ki,ermənilərin Bərdədə törətdiyi terror hücumu zamanı xeyli sayda qəlpə yarası almış, daxili orqanlarınından əməliyyat olunmuş və sol ayağını itirmiş 1984-cü il təvvəllüdlü,iki uşaq atası Şirinov Elçin Həvəskar oğluna əlillik dərəcəsi verilməməsi ilə bağlı ötən gün “Kanal32”-nin redaksiyasına müraciət ünvanlayıb.O müraciətində bildirib ki,Bərdə rayon Mərkəzi xəstəxanasının Polikilinka şöbəsi və Mehdi adlı həkimi onu incidir,get-gələ salır. Ona əlillik dərəcəsinin verilməsi üçün müvafiq sənədləri aidiyyatı üzrə göndərməyib və yaralıya deyib ki, bəs sən 6 ay gözləməlisən.

Şikayətçinin üzləşdiyi problem isə “Kanal32”də yayımlan “Azərbaycan güzgüsü” verlişində gündəmə gətirilmiş və proqramın müəllifi İnqilab Şirinsoy tərəfindən kəskin şəkildə tənqid edilmişdi.

 

Hazırda yataq xəstəsi olan, əmək qabiliyyətini itirmiş Şirinov Elçin bir vaxtlar taksi fəaliyyəti ilə məşğul olaraq evinə qazanc gətirirdi. Hazırda isə onun maddi durumu ürəkaçan deyil.

Kanal32.az