COVİD-19-la mübarizə aparan tibb işçilərinin maaşları bu tarixə kimi…-QƏRAR

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib. 

KANAL32.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə martın 31-dək veriləcək.

Dəyişiklikdən öncə isə, tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilmə vaxtı yanvarın 1-dək göstərilirdi.