Polyup beynəlxalq müsabiqəsinin Azərbaycan mərhələsi başa çatıb
Riyaziyyat və informatika fənnləri üzrə həyata keçirilən müsabiqə 7 həftə ərzində 4 mərhələli şəkildə davam edib.Yarışmada ölkənin ümumtəhsil məktəblərinin 7, 8, 9 və 10-cu siniflərində təhsil alan 7 min nəfərə yaxın şagird iştirak iştirak edib.Mars Academy-nin Təhsil Nazirliyi ilə birgə gerçəkləşdirdiyi müsabiqənin əsas hədəfi riyaziyyat informatika və məntiqi təfəkkürə sahib istedadlı şagirdlərin üzə çıxarılması və gələcək inkişaf itiqamətlərinin elmi cəhətdən stimullaşdırılmasından ibarət olub.
Müsabiqədə uğurlu iştirakı ilə yadda qalan şagirdlərdən biri də 20 saylı Mingəçevir şəhər orta məktəbinin 8-ci sinif şagirdi Atilla Muradlı olub.O əsasnaməyə uyğun olaraq müsabiqənin ilk üç mərhələsində nəzəri bacarığı ,tərib etdiyi riyazi-informatik yönlü maşınları ilə hər yaş qrupu üzrə müəyyən edilən liderlər siyahısında yer alıb. Nəhayət sonuncu –dördüncü mərhələdə Atilla Muradlının təqdim etdiyi “ Kəlbəcər rayonunun İstisu qəsəbəsinin müasir qabaqcıl texnologiyalar əsasında yenidən qurulması –istilik və enerji sisteminin bərpa edilməsi”-layihəsi sayəsində o müsabiqənin qaliblərindən biri nominasiyasına layiq görülüb.Bu təşkilatçı tərəflərin təntənəli şəkildə canlı yayımda keçirdiyi tədbirdə rəsmən elan olunub.O da vurğulanıb ki hər yaş üzrə qaliblər qiymətli hədiyyələr qazanmaqla yanaşı ,həm də müsabiqənin beynəlxalq mərhələində iştirak hüququ qazanıb.
Qeyd edək ki, bundan bir neçə il öncə Atilla Muradlı Fövqaladə Hallar Nazirliyi tərəfindən keçirilən texniki modelçilik müsabiqəində də qalib gələrək ölkə birincisi olmuşdu.
Texniki fənlərə üstünlük verən Atilla Muradlı gələcəkdə kosmik mühəndis-uzay mühəndisi kimi yetişmək arzusundadır.Özü də daxil hər kəs onun bu böyük arzusuna da çatacağına inanır.
KANAL32.AZ