Əliyevlə Paşinyan rəsmi müqavilə imzalayacaq-İDDİA

Prezident İlham Əliyevlə Paşinyan Moskva kapitulyasiyanı rəsmiləşdirən müqavilə imzalayacaq.

KANAL32.az xəbər verir ki, bunu Ermənistanın “mediaport” teleqram kanalı Ədliyyə Nazirliyindəki mənbələrinə istinadın yazır.

“İmzalanacaq müqavilə layihəsi hazırdır. Konstitusiya mətninə uyğunlaşdırmaq üçün bu gün Ədliyyə Nazirliyinə göndərilib”, – mənbə bildirir.

Müqavilə Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınması və dövlət sərhədinin bərpasının rəsmiləşdirilməsindən ibarətdir.

Azərbaycan prezidenti və erməni baş nazirin görüşü yanvarın 11-də Moskvada keçiriləcəyi haqda məlumatlar var.

/publika.az/